Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Nazir müavini Naxçıvanda tələbələrlə görüşüb - FOTO

Aprelin 18-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.

Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə və  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirak ediblər.

Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bunun nəticəsi olaraq Azərbaycan gəncləri günümüzün müasir, inkişaf etmiş qüvvəsi kimi formalaşıb. Nazir müavinin sözlərinə görə, hər bir ölkədə uğurlu gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır.

Firudin Qurbanov insan kapitalının formalaşmasında təhsilin, bilik və bacarıqların rolundan da danışıb. Karyera seçimi ilə bağlı tövsiyələrini çatdıran nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ölkəmizdə kadr hazırlığının müasir dövrün çağırışları və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Firudin Qurbanov bildirib ki, hər kəs seçim edərkən istedadını, hansı sahəyə marağının olduğunu, həmçinin müasir dövrün tələblərini nəzərə almalıdır.

Gənclərin vətənpərvər ruhda yetişməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan qələbəni diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi təhsil sisteminin qarşısında duran prioritet vəzifələrdəndir.

Sonra tələbələri maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Firudin Qurbanov tələbələrə uğurlar arzulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər