Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Uşaqların reklamlarda istismarı: Valideynləri hansı cəza gözləyir?

Son günlərdə azyaşlıları uyğun olmayan mövzularda -rəqs, ətir və s kimi reklam üzü kimi cəlb edirlər. Görünür ki, həmin uşaqların valideyinləri təhsili deyil də maddiyyatı seçirlər.

Bu halda həm valideyini, həm də reklama cəlb edən şəxsləri hansı cəzalar gözləyir ?

Mövzu ilə bağlı AzEdu.az-a Vəkillər Kollegiyasının üzvü Babək Umudov açıqlama verib.

Müsahibimiz qeyd edib ki, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır və uşaqların maraqlarını müdafiə etməyə borcludurlar:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayanların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması, onların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi və onlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklamların yerləşdirilməsi qadağandır.

Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

Valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;
Başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;
Qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəlmiş məlumatlar;
Həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;
yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş media məhsullarında, o cümlədən televiziya və radio proqramlarında yerləşdirilməsi;
Yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;
Yetkinlik yaşına çatmayanların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;
Energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi.
Uşaq əməyinin istismarı və uşaqların qeyri-qanuni əməyə cəlb edilməsi faktları aşkarlandıqda, aidiyyəti dövlət orqanları tərəfindən araşdırılır və materiallar məhkəməyə və ya komissiyalara göndərilə bilər:

"Bu tələblərə əməl etməyən reklamvericilər və valideynlər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır və uşaqların maraqlarını müdafiə etməyə borcludurlar. Reklamda uşaqların maraqlarına zidd hərəkətlərə yol verildikdə, həm valideynlər, həm də reklamı təşkil edən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq oluna bilər və bu hallar barədə müvafiq orqanlara məlumat verilməlidir.

Uşaq əməyinin istismarı və uşaqların qeyri-qanuni əməyə cəlb edilməsi faktları aşkarlandıqda, aidiyyəti dövlət orqanları tərəfindən araşdırılır və materiallar məhkəməyə və ya komissiyalara göndərilə bilər. Praktikada bu, həm valideynlərin, həm də reklamvericilərin cərimə və digər inzibati tədbirlərlə üzləşməsi ilə nəticələnə bilər.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir".

Oxşar xəbərlər

Bütün xəbərlər