Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Adəm İsmayıl Bakuvi: “Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi sabitliyinin, müstəqil inkişaf yolunun başlanğıcı oldu”

“1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən çətin, eyni zamanda dönüşlü dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə dərin siyasi böhran, iqtisadi tənəzzül və separatizm təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət institutları iflic vəziyyətinə düşmüş, idarəçilik xaosa bürünmüşdü. Belə bir zamanda xalqın gələcəyi barədə düşünən ziyalılar – elm və mədəniyyət xadimləri, ictimaiyyətin nüfuzlu nümayəndələri – ölkəni xilas edə biləcək yeganə yolun milli həmrəyliyin bərpası və dövlətçilik ənənələrinin bərqərar olunması olduğunu dərk etdilər. Onların bu düşüncəsi “91-lər”in tarixi müraciətində öz təcəssümünü tapdı. Həmin sənəd xalqın səsini, onun arzu və ümidlərini ifadə edirdi. Ulu Öndər Heydər Əliyev məhz ona ünvanlanan bu müraciətə cavab verərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək siyasi sabitliyinin, müstəqil inkişaf yolunun başlanğıcı olacaq.”Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ifadə edib.

Partiya sədri 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı barədə düşüncələrini ifadə edərək bildirib ki, həmin ilin 21 noyabr günü əslində tarixi zərurətin reallığa çevrildiyi gün oldu: “Məhz bu tarixi gündə ölkənin bütün bölgələrindən qədim Naxçıvan diyarına gələn 550 nümayəndənin iştirakı ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu, həm də Azərbaycan xalqının taleyində yeni mərhələnin başlanğıcı idi. YAP qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. O dövrdə müxalifət partiyası kimi fəaliyyət göstərsə də, YAP konstruktiv mövqeyi, dövlətçilik maraqlarına sadiqliyi ilə seçilirdi. Bu, Azərbaycanın demokratik siyasi mədəniyyətinin formalaşmasında mühüm addım idi. Ulu Öndər Heydər Əliyev partiyanın məqsədlərini dəqiq müəyyən etmişdi – ölkədə sabitlik yaratmaq, dövlət idarəçiliyini möhkəmləndirmək, qanunun aliliyini təmin etmək və milli birliyi qorumaq. YAP-ın qısa zamanda qazandığı xalq etimadı onun ideoloji təməlindəki səmimiyyətin, vətənpərvərliyin və məsuliyyətin göstəricisi idi. Bu gün Yeni Azərbaycan Partiyası həmin idealların daşıyıcısı kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni dövrün çağırışlarına cavab verən siyasi sistemin əsas dayağına, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.Son iyirmi il ərzində partiya həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın siyasi nüfuzunun artmasına xidmət edən layihələrin əsas təşəbbüskarı olub. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Qurultayda qəbul edilən mühüm qərarlar YAP-ın həm ənənəyə sadiqliyini, həm də yeniliklərə açıq olmasını nümayiş etdirdi. Yeni Proqramda müəyyən olunan 10 strateji istiqamət və 11 əsas hədəf partiyanın qarşısında ölkənin davamlı inkişafı, milli birliyin möhkəmləndirilməsi və sosial rifahın artırılması kimi böyük vəzifələr qoydu. Bu gün YAP təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini ifadə edən, milli həmrəyliyin, dövlətçilik düşüncəsinin və müasir inkişaf modelinin simvoludur. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri, əslində, partiyanın missiyasının mahiyyətini dəqiq ifadə edir. Yeni Azərbaycan Partiyası artıq 30 ildən çoxdur ki, dövlətin inkişafı, xalqın rifahı və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “ümummilli məsələlərdə fərqli fikir ola bilməz”. Məhz bu fikir YAP-ın cəmiyyətə təqdim etdiyi əsas siyasi fəlsəfədir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər