Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

“Mehdiyev–Kərimli şəbəkəsi tam şəkildə ifşa olunmalıdır” - Adəm İsmayıl Bakuvi

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Ramiz Mehdiyev və Əli Kərimlinin illərlə formalaşdırdığı iddia edilən gizli şəbəkə ilə bağlı sərt açıqlama verib.

Partiya sədri Yenicag.az-a açıqlamasında bunu “Azərbaycan dövlətinə qarşı qurulmuş sistemli xəyanət mexanizmi” adlandırıb və bu şəbəkənin bütün həlqələrinin tam ifşa olunmasının vacibliyini vurğulayıb.

Adəm İsmayıl Bakuvi bildirib ki, Mehdiyevin dövlət strukturlarında topladığı korrupsiya resursları və Əli Kərimlinin radikal şəbəkələri eyni məqsədə – hakimiyyəti qanunsuz yolla ələ keçirmək, konstitusiya quruluşunu sarsıtmaq və ölkədə xaos yaratmağa yönəlib:

“Ramiz Mehdiyev və Əli Kərimlinin illərlə qurduqları gizli əməkdaşlıq, dövlət strukturunda və radikal müxalifət daxilində yaratdıqları şəbəkə, cəmiyyətə yönəltdikləri psixoloji təzyiq, manipulyasiya və xaos planları artıq hüquqi şəkildə üzə çıxır. Bu proses təkcə bir cinayət işinin istintaqı deyil, bu, Azərbaycan dövlətinə qarşı qurulmuş sistemli xəyanət mexanizminin dağıdılmasıdır”.Vəhdət Partiyasının sədrinin fikrincə, sözügedən şəbəkənin fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid xarakteri daşıyıb:

“Onların xarici xüsusi xidmətlərlə əlaqələri, gizli maliyyə kanalları, bağ evlərində keçirilən görüşləri, cəmiyyətə davamlı şəkildə ‘çevriliş olacaq’ mesajları ötürməkləri ölkənin milli təhlükəsizliyinə açıq təhdid idi”.

Adəm İsmayıl Bakuvi qeyd edib ki, bu şəbəkə illər boyu cəmiyyətin həssas təbəqələrini – tələbələri, işsizləri, sosial çətinlik yaşayan insanları – öz siyasi məqsədləri üçün alətə çevirib:

“Bu şəxslər illərlə xalqın ən həssas təbəqələrini – tələbələri, işsizləri, sosial çətinlik yaşayan insanları manipulyasiya edib, onları öz siyasi ambisiyalarının alətinə çeviriblər. Cəmiyyətə qorxu, gərginlik və təxribat toxumu səpiblər. Bu, artıq siyasi fəaliyyət deyil, bu, xalis xəyanətdir”.

Vəhdət Partiyasının sədri hesab edir ki, dövlətin bu istiqamətdə apardığı proseslər özünü təmizləmə mərhələsidir və heç kimə toxunulmazlıq imtiyazı tanınmamalıdır:Azərbaycan dövləti bu gün özünü təmizləyir. Şəbəkənin bir qolu Mehdiyevin iç çevrəsi, digər qolu Əli Kərimlinin radikal strukturları idi. Onlar birlikdə Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd ediblər. Bu cəhdin qarşısı alınıb və alındıqca da alınacaq”.

O həmçinin vurğulayıb ki, istər keçmiş yüksək vəzifəli məmurlar, istərsə də radikal müxalifət təmsilçiləri qanun qarşısında bərabər olmalıdır:

“Hesab edirəm ki, bu şəbəkənin bütün həlqələri tam açılmalı, iştirak edən hər kəs – istər yüksək vəzifəli keçmiş məmur, istərsə də radikal müxalifət lideri qanun qarşısında cavab verməlidir. Azərbaycan dövləti heç kəsə imtiyaz tanımamalıdır”.

Adəm İsmayıl Bakuvi bu prosesin Azərbaycanın gələcəyi və dövlətçiliyin möhkəmlənməsi baxımından həlledici rol oynadığını deyib: “Bu proses Azərbaycanın gələcəyi üçün vacibdir. Dövlət daxilindəki qalıq strukturlar, köhnə şəbəkələr, illərlə toxunulmaz görünən qruplar tamamilə təmizlənməlidir. Azərbaycanın bu günkü gücü və sabitliyi belə təhlükələri kökündən məhv etməyi tələb edir. Azərbaycan dövləti güclüdür və bütün gizli şəbəkələri ifşa etməkdə qətiyyətlidir”.

Vəhdət Partiyasının sədri bir daha vurğulayıb ki, “xəyanətə qarşı güzəşt olmamalıdır və olmayacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər