Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

Autizmli və eşitmə məhdudiyyətli uşaqlarla görüş: həm dəstək, həm ümid mesajı

Adəm İsmayıl Bakuvi: “Onların yanında olmaq insanlıq dərsimizdir”

3 Dekabr — Beynəlxalq Əlilliyi olan Şəxslər Günü təkcə təqvimdə yer alan bir tarix deyil. Bu gün cəmiyyətin vicdanı ilə üz-üzə gəldiyi, öz həssas təbəqəsinə göstərdiyi qayğının səviyyəsini ölçdüyü bir gündür. Vəhdət Partiyasının həmin gün təşkil etdiyi görüşlər də məhz bu mənəvi dəyərə söykənirdi.Orvita Autizm Evində görüş

Partiya sədri Adəm İsmayıl Bakuvi və nümayəndə heyətinin ilk ünvanı Orvita Autizm Evi olub. Mərkəzin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı qonaqlara autizm spektrli uşaqlar üçün yaradılmış xüsusi tədris və sosial adaptasiya proqramları haqqında geniş məlumat verib.

Qeyd edib ki, bura Azərbaycanda ilk gecə-yatılı autizm evidir və burada uşaqlar sadəcə reabilitasiya almır, həm də gələcək həyatları üçün zəruri peşə bacarıqlarına yiyələnirlər.Ziyarət zamanı uşaqların məşğələlərinə qatılan Adəm İsmayıl Bakuvi onların diqqət, sevgi və qayğıya olan ehtiyacı olduqlarını xüsusi vurğulayıb: “Bu balacalar bizə göstərir ki, sevgi bütün baryerləri aşır. Biz onların qarşılarına çıxan maneələri birlikdə aradan qaldırmalıyıq.”

Partiya sədri Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət dəstəyinin son illər daha da gücləndirildiyini bildirib. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət bu uşaqların təhsilə, sağlamlıq xidmətlərinə və sosial müdafiəyə bərabər çıxışını təmin edən xüsusi proqramlar həyata keçirir.
Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi diqqət yetirdiyi vurğulanıb. Fond tərəfindən Daun, autizm, talassemiya, əqli və fiziki qüsurlu, müxtəlif xəstəlikləri olan uşaqlar üçün müalicə və reabilitasiya mərkəzləri yaradılıb. Mehriban xanım və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva uşaqlara baş çəkir, onların inkişafına dəstək göstərir, əlamətdar günlərdə və bayramlarda onlarla birgə olur, istedadlarını üzə çıxarmağa kömək edirlər.Vəhdət Partiyasının sədri ilə yanaşı, ziyarətdə yazıçı-publisist Varis Yolçuyev, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin koordinatoru Qəmər Əliyarova və həmin birliyin mətbuat katibi, Vəhdət Partiyasının rəsmi nümayəndəsi Natavan Arifqızı iştirak ediblər. Qonaqlar valideynlərlə söhbətlər aparıb, onların ümidləri, çətinlikləri, eləcə də diqqət gözləntiləri dinləyiblər. Görüşün sonunda hədiyyələr paylanıb.

Eşitmə məhdudiyyəti olan uşaqlar partiyada qonaq oldular

Günün ikinci görüşü isə Vəhdət Partiyasının qərargahında, Azərbaycan Karlar Cəmiyyətinin üzvləri ilə baş tutub. Burada eşitmə məhdudiyyətli şəxslərin real həyatdakı problemləri, cəmiyyətlə ünsiyyətdə qarşılaşdıqları maneələr dilə gətirilib. Söhbət sinxron tərcüməçinin köməyi ilə aparılsa da, emosiyalar və hisslər dil baryerindən asılı olmadan görünüb.Cəmiyyətin rəhbəri Bəhram Hüseynov bildirib ki, müasir dünyada eşitməmək ciddi maneə deyil. Əsas maneə cəmiyyətin yanaşması, əlçatmaz informasiya mühiti və bəzən də görünməz sərhədlərdir. B.Hüseynov bu sərhədlərin aşılması üçün hər kəsin dəstəyinə ehtiyaclarının olduğunu çatdırıb.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında qeyd edib ki, yeni nəslin sağlam və hərtərəfli inkişafı dövlətin prioritet vəzifələrindən biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması, sağlamlığı, təhsili və layiqli vətəndaş kimi inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirilməkdədir.Partiya sədri bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması və təhsil imkanlarının genişləndirilməsi məqsədilə həmçinin Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı layihələr həyata keçirilir. Fondun prezidenti Mehriban Əliyeva və onun qızları Leyla Əliyeva və Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi olaraq görüşür, onların təhsil səviyyəsinin yüksəldilməsi və gündəlik ehtiyaclarının təmin olunmasına xüsusi diqqət yetirirlər.Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi qeyd edib ki, uşaqlara və həssas qruplara dəstək vermək — bizim mənəvi borcumuzdur:

“Bu missiyanı davam etdirmək hər birimizin cəmiyyət qarşısında öhdəliyidir. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün yaradılan hər bir şərait bizim mənəvi bütövlüyümüzü gücləndirir. Onlara diqqət göstərmək, yanlarında olmaq, onların əlindən tutmaq bizim insanlıq dərsimizdir. Biz bu missiyanı yalnız tədbirlərlə deyil, ardıcıl fəaliyyətlə, real işlərlə davam etdirməliyik”.Müzakirələr zamanı inklüziv məşğulluğun genişləndirilməsi, eşitmə məhdudiyyətli şəxslər üçün informasiya əlçatanlığının gücləndirilməsi və sosial adaptasiya proqramlarının hazırlanması barədə fikirlər qeyd edilib. Sonda xatirə fotosu çəkilib.

Oxşar xəbərlər

Bütün xəbərlər