Xəbər lentiwidget-title-icon

“Tələbələrə nəqliyyat güzəşti birmənalı tətbiq olunmalıdır” – Ceyhun Məmmədov
Maaş artımından sonra tibbə maraq yüksələcək? - “Bunu demək hələ tezdir”
Bəzi məktəblərdə tədris onlayn olacaq
AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat keçirilib
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların SİYAHISI
Magistraturada ixtisasını dəyişmək istəyənlərlə bağlı AÇIQLAMA
Günəşdə yeni güclü alışmalar gözlənilir
MDU ingilis dili müəllimliyi üzrə vakansiya elan edir
Kolleclərin sayı ARTIB
Şagirdlərin süni intellekt alətlərindən istifadəsinə QADAĞA QOYULDU
AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
6 idmançı ADPU-ya müsabiqədənkənar qəbul olunub
Rektor AzTU-ya yüksək balla qəbul olunan tələbə ilə görüşüb
Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir
Bu gün 1-ci sinfə qəbul başa çatır
Sertifikasiyanın müsahibə mərhələsi BAŞLAYIR
Himayədar ailələr üçün yeni dəyişikliklər edilib
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya - FAKTLAR, FOTOLAR
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...
Bakıdakı məktəblər dezinfeksiya edilir
Məktəbəhazırlığa ilk dəfə gedən uşaqlar - Uşağı valideyndən ayrılığa necə hazırlamalı?
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
Abşeron rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçiriib - FOTOLAR
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

“TəhsilPlus” kartları ilə bağlı yeni detallar: nəqliyyat güzəştləri olacaq?

Son dövrlərdə təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslər cəmiyyətdə geniş maraq doğurur.

Bu çərçivədə sifariş edilən “TəhsilPlus” kartları ilə bağlı müxtəlif müzakirələr aparılır və xüsusilə bu kartların müəllimlər üçün nəqliyyat güzəştlərini əhatə edib-etməyəcəyi diqqət mərkəzindədir.

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı təhsil işçiləri üçün nəzərdə tutulan “TəhsilPlus” kartları ilə bağlı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanlayıb.

TİF-dən sorğumuza cavab olaraq bildirilib ki, “TəhsilPlus” kartının əsas məqsədi təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onların gündəlik həyatında real dəstək mexanizmlərinin yaradılmasıdır. Qeyd olunub ki, layihə çərçivəsində texniki və mexaniki sazlama işləri müəyyən vaxt tələb etdiyindən bu mərhələlər ardıcıl şəkildə icra olunub və artıq uğurla yekunlaşıb:

“Hazırda kartlar sifariş edilib və yaxın aylarda Bakıya çatdırılması gözlənilir. Ümumilikdə 400 mindən çox təhsil işçisini əhatə edən kartların paylanması mərhələli şəkildə həyata keçiriləcək. Buraya yalnız müəllimlər deyil, eyni zamanda təhsil müəssisələrində çalışan inzibati heyət də daxildir.

Kart sahibləri tibb və sağlamlıq xidmətləri, idman mərkəzləri, kitab və ofis ləvazimatları mağazaları, kafe və restoranlar, eləcə də digər iaşə obyektlərində keşbek və endirim imkanlarından yararlana biləcəklər. Bu güzəştlər təhsil işçilərinin gündəlik xərclərinin azaldılmasına və sosial imkanlarının genişləndirilməsinə xidmət edəcək.

“TəhsilPlus” kartı bank kartı statusuna malik olduğundan onun metropolitenlərdə istifadəsi mümkün olacaq. Müxtəlif sosial qruplar, o cümlədən təhsil işçiləri üçün metro və avtobuslarda endirimlərin tətbiqi müvafiq nəqliyyat və aidiyyəti dövlət qurumlarının səlahiyyətləri çərçivəsində müəyyənləşdirilir. Bu istiqamətdə qərarların qəbulu yalnız həmin qurumların səlahiyyətinə daxildir.

“TəhsilPlus” kartının uzunmüddətli və dayanıqlı platforma kimi inkişaf etdirilməsi əsas hədəflərdəndir. Gələcək mərhələlərdə tərəfdaş şəbəkəsinin genişləndirilməsi və təhsil işçiləri üçün əlavə imkanların yaradılması nəzərdə tutulur. Layihə istifadəçilərin ehtiyaclarına uyğun olaraq dinamik şəkildə təkmilləşdiriləcək".

Oxşar xəbərlər

Bütün xəbərlər