Xəbər lentiwidget-title-icon

Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri

Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasının VII cildi nəşr olunub.

İnstitutdan bildirilib ki, nəşr Azərbaycanda yaşayan dom (qaraçılar) etnik qrupunun folklorunun toplanması və elmi tədqiqinə həsr edilib.

Kitabda domların etnik həyatı, təsərrüfat fəaliyyəti və məişəti haqqında məlumatlar təqdim olunub, eyni zamanda, onlardan toplanmış folklor nümunələri yer alıb. Tədqiqat materialları əsasən Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında məskunlaşmış dom icmalarından qeydə alınıb. Domların verdikləri məlumatlara əsasən, bu etnik qrup müxtəlif tayfa və təbəqələrdən təşkil olunub: əmirlilər, qaralar, sarılar, bədirkilər, leştanlılar, iranlılar və s. Tayfalar, adətən, nəsil mənsubiyyətinə görə deyil, rənginə və coğrafi mənşəyinə görə adlandırılıb.

Domların Azərbaycanda məskunlaşması 1956-cı ilin oktyabrında SSRİ Ali Sovetinin SSRİ ərazisində yaşayan köçəri tayfaların oturaqlaşdırılması ilə bağlı qəbul etdiyi qərardan sonrakı dövrə təsadüf edir. Məlumata görə, hər tayfa məskunlaşma zamanı sıx əlaqədə olduğu bölgəni seçib. Oturaq həyata keçid mərhələsində dövlət tərəfindən onlara müəyyən imtiyazlar verilib, o cümlədən beş il müddətinə hərbi xidmətdən azad edilib. Folklor ekspedisiyası zamanı aparılmış müşahidələr göstərir ki, domların yaşlı nəsli uzun müddət yeni həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkmiş, köçəri həyatı arzulamışlar. Lakin xam torpaqlara sürgün olunacaqlarından ehtiyat edərək bu həyatla barışmış və tədricən oturaq həyata alışmışlar.

Yerli əhali ilə eyni dildə danışmalarına və oxşar adət-ənənələri daşımalarına baxmayaraq, domlar özlərini yerli əhalidən fərqləndiriblər. Özlərindən olanlara dom, pancım, olmayanlara isə tayı, pincilə demişlər. Tayı dedikdə hansısa bir qövmü deyil, irq, milliyyət ayrı-seçkiliyi qoymadan dom olmayan hər kəsi nəzərdə tutublar. Domların uzun müddət digər icmalara qapalı olmaları, özlərinə məxsus peşə sahələrini (ələkçilik, falçılıq, küçə rəqqaslığı və s.) yaşatmaları, dünyanı dom- tayı, pancım – pincilə kimi fərqli qütblərə ayırmaları onların etnik kimliyinin qorunub saxlanmasında mühüm rol oynayıb.

Domların danışıq dili Azərbaycan dilidir. Toplanmış folklor materialları və dil faktlarının təhlili göstərir ki, domlar arasında vahid dialekt mövcud deyil. Onların danışıq dili əsasən məskunlaşdıqları bölgələrin ləhcələrinə uyğun formalaşıb. Bununla yanaşı, məişətdə öz aralarında istifadə etdikləri və “dom dili” adlandırdıqları leksik vahidlər mövcuddur. Bu dilə müstəqil dil kimi baxmaq mümkün deyil, çünki qrammatik və sintaktik quruluşu Azərbaycan dilinin imkanları əsasında qurulub. Söz ehtiyatı o qədər zəngin deyil, bəzən eyni sözlə bir neçə məfhum ifadə olunur. Topluda dom dilinə məxsus təxminən 200 söz, ifadə və cümlə təqdim edilib. Söz ehtiyatının məhdud olması bu dildən yalnız məişət səviyyəsində istifadə olunmasına imkan verib.

Kitabda Ağsu, Ağdaş, Yevlax və Bərdə rayonlarında məskunlaşmış domlardan yazıya alınmış əfsanə və rəvayətlər, nağıllar, lətifələr və inanclar yer alıb. Tədqiqat zamanı müəyyən edilib ki, domların özlərinə məxsus folklor nümunələri yoxdur, onlardan qeydə alınmış mətnlər Azərbaycan folklor nümunələrdir. Amma toplanmış nümunələrdəki söyləyici təhkiyəsinin gözəlliyi, epik təsvirlərin genişliyi domların Azərbaycan folklorunun usta daşıyıcıları və biliciləri olduqlarını göstərir. Toplanmış materiallar arasında həm ənənəvi süjetlərin maraqlı variantlarına, həm də yeni süjetlərə rast gəlinir.

Nəşrdə, həmçinin Yevlax rayonunda məskunlaşmış kürddilli, Balakən və Qax rayonlarında yaşayan farsdilli qaraçılardan toplanmış folklor nümunələri də yer alıb. Materialları toplayıb tərtib edən və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

Oxşar xəbərlər

Bütün xəbərlər