Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Əlyazmalar İnstitutunun yeni nəşrləri təqdim olunub

Əlyazmalar İnstitutunun yeni nəşrləri təqdim olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə hər iki şöbənin əməkdaşlarının son iki il ərzində işıq üzü görmüş nəşrlərinin təqdimat mərasimi keçirilib.

Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib 

Tədbiri giriş nitqi ilə Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova açaraq nəşrləri hələ 2020-2021-ci illərdə nəzərdə tutulmuş, lakin pandemiya ilə əlaqədar sonradan işıq üzü görmüş kitabların müəlliflərinin əməyindən, onların bu nəşrləri ərsəyə gətirmək üçün çətin şəraitdə apardıqları tədqiqat işlərindən bəhs edib, bu baxımdan tədbirin keçirilməsinin nə qədər vacib və zəruri olduğunu xüsusi vurğulayıblar.

Daha sonra çıxış üçün söz son üç il ərzində kitabları nəşr olunan müəlliflərə verilib.

Türkdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları – “Qəhrəmannamə dastanı” kitabının müəllifi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova, “Ərəb ölkələrinin tarixi (orta əsrlər və yeni dövr)” kitabının müəllifi, tarix ü.f.d., dosent Aynur Hacıqədirli, “Qarabağlı Pirməhəmmədin mənaqibnaməsi” və “Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” kitablarının müəllifi, fil.ü.f.d. Şəhla Xəlilli, “Атилла Джорма: Тюркоязычная печать на Балканах” kitabının müəllifi, elmi işçi Səadət Mürşüdova və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – “Qəşəm xan və Gülüstan xanım” və “Hatəm Tayi: yazılı dastan abidəsi” kitablarının müəllifi, fil.ü.f.d., dosent Əli Əliyev, “Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” kitabının müəllifi, fil.ü.f.d., dosent Nəzakət Məmmədli, “Əbdüssəlam Axundzadə irsindən: “Cəhalət dərdinin dərmanı” və “Vəz və nəsihət” kitabının müəllifi, böyük elmi işçi Sevinc Rəhnulla çıxışlarında ərsəyə gətirdikləri kitabların mövzusu, mahiyyəti, məzmunu haqqında ətraflı məlumat verib, bu cür tədbirin keçirilməsi təşəbbüsünə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Təqdimat mərasimi kitablar haqqında əlavə çıxışların dinlənilməsi ilə davam edib.

İnstitutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, f.ü.e.d., dosent Zəkiyyə Əbilova elmi redaktoru olduğu “Əbdüssəlam Axundzadə irsindən: “Cəhalət dərdinin dərmanı” və “Vəz və nəsihət” kitabı haqqında fikirlərini bölüşüb.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə çıxışında bu kimi nəşrləri ərsəyə gətirməklə Əlyazmalar İnstitutunun və ümumiyyətlə ölkəmizin elm sahəsinə dəyərli töhfələr verən alimlərin əməyini vurğulayıb, müəssisədə məhsuldar tədqiqat mühiti yaradıldığı üçün baş direktor, akademik Teymur Kərimlinin simasında institutun rəhbərliyinə və tədbirin təşkilatçı heyətinə dərin minnətdarlığını bildirib.

Sonda Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva tədbir iştirakçılarına və tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər