Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

BDU-dan "tehsilmedia.info"a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, məzunu olduğu Bakı Dövlət Universitetinin yüksəlişindəki xidmətlərindən, müasir və güclü Azərbaycan dövlətini bərqərar etmək yolundakı misilsiz fəaliyyətindən danışıblar.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, millət vəkili, akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinə verdiyi dəyər, klassik irsə qayğısı barədə məlumat verib. O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yalnız XX əsr tarixinin deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib: “Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək dayanıb”.

Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq fəlsəfəsini milli dövlətçilik ideologiyası səviyyəsinə qaldırıb. Bu ideologiya milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.
Tədris işləri üzrə dekan müavini, ərəb filologiyası kafedrasının dosenti Tərlan Məlikov müasir Azərbaycanın təhsil sisteminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

Daha sonra fakültənin gənc doktorant və magistrantlarının “Ərəb əlyazma fondları”, “Xətib Təbrizinin “Kitab Əl-Kafi” əsəri”, “İmadəddin Nəsiminin dilində alınma sözlər”, “Azərbaycan və yapon dillərində feillərin ekvivalentliyi”, “Məsud Səəd Salman “Divan”ı klassik yaradıcılıq modeli kimi”, “Holokost mövzusu Aharon Appelfeldin yaradıcılığında”, “İbri dilində hərbi terminologiyanın inkişaf tendensiyaları”, “Müasir türk ədəbi dilində cümlə anlayışı” kimi mövzularda məruzələri dinlənilib.

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

BDU-da konfrans: “Şərq filologiyası məsələləri” - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər