Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Abituriyentlərə VACİB xəbərdarlıq: Kimlər ixtisas seçiminə buraxılmayacaq?

12 iyul tarixində keçiriləcək I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci cəhdindən sonra ali təhsil müəssisələrinə ixtisas seçiminə çox az vaxt qalacaq.

Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də kimlərin ixtisas seçimi müsabiqəsində iştirak hüququ qazanacağıdır.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, müsabiqəyə buraxılma şərtləri aşağıdakı kimidir:

I ixtisas qrupu

Ümumi balı 200, ikinci mərhələ üzrə balı 100 və daha yüksək olan abituriyentlər müsabiqədə iştirak edə bilərlər.

"Riyaziyyat", "Fizika" və "Kompüter elmləri" ixtisaslarında isə ümumi bal 250, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Türkiyə-Azərbaycan Universiteti istisna olmaqla) ingilisdilli ixtisaslarını seçmək istəyənlər buraxılış imtahanında ingilis dili üzrə nisbi baldan ən azı 40 toplamalıdırlar.

"Meliorasiya mühəndisliyi", "Texnologiya müəllimliyi" və "Ekologiya mühəndisliyi" ixtisaslarının ödənişli yerləri üçün minimum hədd: ümumi bal -150; ikinci mərhələ - 50

"Aqromühəndislik", "Aqronomluq", "Balıqçılıq", "Meşəçilik", "Şərabçılıq", "Torpaqşünaslıq və aqrokimya", "Yerquruluşu və daşınmaz əmlakın kadastrı", "Zoomühəndislik", həmçinin ADAU-da "Meliorasiya mühəndisliyi" üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üçün minimum hədd: ümumi bal - 150; ikinci mərhələ - 50

II ixtisas qrupu

Ümumi bal 200, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) ingilisdilli ixtisasları üçün buraxılış imtahanında ingilis dili üzrə nisbi bal 40 tələb olunur.

"Marketinq", "Biznesin idarə edilməsi", "Turizm bələdçiliyi" və "Turizm işinin təşkili" ixtisaslarının ödənişli yerləri üçün: ümumi bal - 150; ikinci mərhələ - 50

III ixtisas qrupu

Ümumi bal 200, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (ADA Universiteti istisna olmaqla) ingilisdilli ixtisasları üçün ingilis dili üzrə nisbi bal 40 tələb edilir.

"Tərcümə (dillər üzrə)", "Filologiya (xarici dil və ədəbiyyatı üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)" və "Beynəlxalq münasibətlər" ixtisaslarını seçmək istəyənlər buraxılış imtahanında xarici dil üzrə nisbi baldan ən azı 40 toplamalıdırlar.

"Muzey, arxiv işi və abidələrin qorunması", "Sosial iş" və "Regionşünaslıq (regionlar üzrə)" ixtisaslarının ödənişli yerləri üçün: ümumi bal -150; ikinci mərhələ - 50

IV ixtisas qrupu

Ümumi bal 200, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) ingilisdilli ixtisasları üçün ingilis dili üzrə nisbi bal 40 tələb olunur.

"Ekologiya" ixtisasının ödənişli yerləri üçün: ümumi bal-150; ikinci mərhələ – 50

"Bağçılıq və tərəvəzçilik", "Baytarlıq təbabəti", "Bitki mühafizəsi" və "Su bioehtiyatları və akvakultura" ixtisasları üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üçün: ümumi bal -150; ikinci mərhələ -50

V ixtisas qrupu

V ixtisas qrupu üzrə müsabiqədə qabiliyyət imtahanının yekun nəticəsi və qəbul imtahanında toplanmış ümumi bal DİM-in müəyyən etdiyi tələblərə uyğun olan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, blok imtahanında 100 bal həddini keçə bilməyən abituriyentlər yalnız 150 ballıq ixtisaslar üzrə seçim edə bilərlər. Bunun üçün onların ümumi balı minimum 150, blok imtahanı üzrə nəticəsi isə ən azı 50 bal olmalıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər