Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

“Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib - FOTO

“Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib - FOTO

“Masallı Təhsil Fondu”nun təşkilatçılığı
ilə tələbələrlə görüş baş tutub.

tehsilmedia.info xəbər verir ki, avqustun 25-də deputat Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılmış olan “Masallı Təhsil Fondu”nun rayon Heydər Əliyev Mərkəzində şəhər 70 saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin qız məzunlarının Dövlət Pedaqoji Universitetlərinin II, III, IV Kurslarda təhsil alan tələbələrlə görüşü keçirilib.

Baş tutan görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İskəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, YAP-nın Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşları, “Masallı Təhsil Fondu”nun əməkdaşları, media nümayəndələri, valideynlər və tələbələr iştirak ediblər.

Belə ki, ilk olaraq Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edib. İcra başçısı Fondun əhəmiyyətindən danışaraq, aztəminatlı ailələrin təhsil alan övladlarına qarşı göstərdiyi maddi və mənəvi dəstəyə görə Fondun rəhbərliyinə və əməkdaşlarına, Fondun təşəbbüskarı deputat Məşhur Məmmədova öz təşəkkürlərini bildirib.

Daha sonra, "Masallı Təhsil Fondu"nun icraçı direktoru Hüseyn Hüseynov, tədbir iştirakçılarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verib və hazırki dövrədək ali məktəblərin pedaqoji profilli ixtisaslarına qəbul olmuş 87 tələbənin təhsil haqqının Fond tərəfindən ödənildiyini, 73 tələbəyə isə aylıq təqaüdlərin verildiyini bildirib. Eyni zamanda ali məktəblərdə təhsil alan şəhid övladlarına Fond tərəfindən aylıq 200 manat məbləğində təqaüd verildiyini vurğulayıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov çıxışında qeyd edib ki, öz xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alqışa layiqdirlər. Bu mənada cənub bölgəmizdə qızlarımızın təhsil almalarına dəstək məqsədilə deputat Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış olan “Masallı Təhsil Fondu”nun bu əhəmiyyətli məqsədi və işi alqışlanmalıdır. Elxan Nəcəfov həmçinin bildirib ki, belə Fondlarımız nəyinki Masallıda, bütün bölgələrimizda olarsa, daha yaxşı olardı.

Deputat Prof. Anar İskəndərov qızların təhsil almasının bir yurdun təhsil almasına bərabər olduğu fikrindən yola çıxaraq məhz bu düşüncənin fərqində olan Hacı Zeynalabdin Tağıyevin müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanları nəzərə çatdırıb və bildirib ki, məhz bu mənada, belə müqəddəs yolda deputat Məşhur Məmmədov H.Z.Tağıyevin Masallı rayonunda, cənub bölgəsində olan ən uğurlu davamçısıdır.

Fondun təşəbbüskarı və maaliyyə dəstəkçisi olan deputat Məşhur Məmmədov çıxışında ilk olaraq qeyd edib ki, hər bir millətin gözəl gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Vurğulayıb ki, təhsilli cəmiyyətə sahib olmaq üçün isə, ən vacib amil qızların sahib olduğu təhsildir. Deputat qeyd edib ki, bir oğlanın təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qızın təhsil alması bir ailənin, bir nəslin təhsil almasına bərabərdir. Bundan başqa deputat tələbələrin nəzərinə onu da çatdırıb ki, bu mənada Fondun tələbələrdən sadəcə bir istəyi var, o da dərslərinə məsuliyyətlə yanaşmaları və əhəmiyyətli dərəcədə təhsilə, oxumağa üstünlük vermələridir. Çıxışının sonunda deputat Məmmədov bütün abituriyent və tələbələrə uğurlar diləyərək, onların gələcəyinə böyük inam bəslədiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, "Masallı Təhsil Fondu" dörd illik fəaliyyəti dövründə 160 nəfər qızın Dövlət Pedaqoji Universitetlərin müəllimlik ixtisasında təhsil almalarına köməklik göstərib.

Nəzərinizə çatdıraq ki, qız tələbələrin təhsil haqqları və təqaüdlə təmin olunmaları Fondun Nizamnaməsinə uyğun müəyyən edilib. Bundan əlavə, hər semestr başa çatdıqdan sonra onlarla görüş keçirilir, tələbələrin uğurları, dərsə olan davamiyyətləri, həmçinin təkliflər barədə məlumatlar dinlənilir.

Tədbirdə çıxış edən tələbələr, belə bir Fondun vacibliyini vurğulayaraq, aztəminatlı və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Fondun qurucusu deputat M.Məmmədova, direktoruna və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan və onun maddi dəstəyi ilə fəaliyyət göstərən “Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə cari ildə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş qız abituriyentlər və tələbələrlə keçirilən görüşdə sonda cari ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən artıq bal toplamış abituriyentlərə və ali məktəblərdə təhsil alan və ötən tədris ilini uğurla başa vuran tələbələrə Fond tərəfindən Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonda deputat Məmmədov, "Masallı Təhsil Fondu"nun dəstəyilə təhsil alan bütün tələbələri, həmçinin XI sinifdə təhsil alan qızları yeni dərs ili münasibətilə təbrik edib, təhsildə hər birinə uğurlar arzu edib.

“Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib - FOTO
“Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib - FOTO
“Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib - FOTO
“Masallı Təhsil Fondu”nun təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər