Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO

ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.
Bu barədə "tehsilmedia.info”a ADMİU-dan məlumat verilib.
Bildirilib ki, universitetin həyətində təşkil olunan tədbir ADMİU-nun xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb. Daha sonra kollektivin ifasında müxtəlif musiqi nümunələri təqdim edilib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqlara “Gümüş nar” festivalı haqqında geniş məlumat verib. Hər il bu festivala cəmiyyətimizin ziyalılarının, mədəniyyət nümayəndələrinin marağının artmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Qeyd edib ki, bu il 100 yaşını qeyd edən ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərimizi əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılıqlarında əks olunur.
Sonra qonaqlar tələbələrin 100-ə yaxın əsərinin nümayiş edildiyi sərgi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər Rəssamlıq fakültəsinin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib.
Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik edib. ADMİU-nun Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə Musiqi sənəti fakültəsi tələbələrinin bir-birindən gözəl ifaları festivala rəng qatıb.
Festivalda respublikanın müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri, Mədəniyyət Nazirliyinin və bir sıra qurumların nümayəndələri, ADMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO
ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO
ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO
ADMİU tələbələri tərəfindən "Gümüş nar” festivalı keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər