Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Amerikalı mütəxəssis ADMİU-da olub

Amerikalı mütəxəssis ADMİU-da olub

ABŞ Dövlət Departamentinin Fulbrayt Mütəxəssisi Proqramı ölkənin alimləri və tanınmış peşəkarlar üçün dünyanın müxtəlif yerlərində yerləşən təşkilatlarda iki və altı həftəlik layihə əsaslı mübadilələrdə iştirak etmək üçün unikal proqramdır. Böyük Fulbrayt Proqramının bir hissəsi olan Fulbrayt Mütəxəssisi Proqramı 2001-ci ildə ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət İşləri Bürosu (ECA) tərəfindən yaradılıb. Proqramın məqsədi yüksəkixtisaslı ABŞ alimləri və mütəxəssislərinin xaricdəki qəbuledici institutlarda təcrübələrini bölüşmək, onların bacarıqlarını artırmaq, digər mədəniyyətlər haqqında məlumat əldə etmək üçün xaricdəki institutlarla birgə mübadilə aparmaqdır. Peşəkar və akademik fənlərin geniş spektrini təmsil edən mütəxəssislər öz geniş təcrübələri ilə xaricdəki layihələrə əhəmiyyətli töhfə vermək bacarığı əsasında Fulbrayt Mütəxəssisi Siyahısına qoşulmaq üçün müsabiqə yolu ilə seçilirlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022-ci ilin iyulunda bu müsabiqədən keçib. Təyin olunan mütəxəssis Arizona Dövlət Universitetinin Herberger Dizayn və İncəsənət İnstitutunun Dizayn məktəbinin pedaqoqu Johanna Taylor bu ilin may ayında ADMİU-da olub.
Bu barədə "tehsilmedia.info”a universitetdən məlumat verilib. Bildirilib ki, ADMİU-nun yeni art menecment MBA proqramının təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşması məqsədilə mütəxəssisin universitetdə fəaliyyəti dövründə müəllim-professor heyəti, fakültə, kafedra, şöbələr və tələbələrlə görüşləri keçirilib. Eyni zamanda, Johanna Taylor ADMİU-nun fakültə dekanları ilə görüşüb, fakültələrin fəaliyyəti ilə yaxından tanış olub. O cümlədən əcnəbi qonaq Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Azərbaycan Milli Xalça Muzeyinin rəhbər şəxsləri ilə görüşüb, həmin müəssisələrin fəaliyyətləri ilə tanış olub. Johanna Taylor ADMİU-nun Musiqi fakültəsinin Estrada sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Caz musiqisi axşamı”nda və “Gümüş nar” festivalında iştirak edib.
Səfərinin başa çatması münasibətilə Johanna Taylor ADMİU-nun rektoru professor Ceyran Mahmudova və universitetin bir sıra rəhbər şəxsləri ilə görüşüb. Qonağı rəhbəri olduğu ali təhsil ocağında salamlamaqdan məmnun olduğunu deyən rektor onun bir ay ərzində burada keçirdiyi görüşlərinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib.
Johanna Taylor çıxışında bu müddət ərzində onu yüksək səviyyədə qonaq etdikləri üçün ADMİU-nun rektoru Ceyran Mahmudovaya təşəkkürünü bildirib və tələbələrin hazırlıqlarından məmnunluğunu bildirib: “Burada müxtəlif incəsənət növləri ilə tanış oldum. Görüşdüyüm bütün şəxslərin ortaq cəhəti odur ki, hamının bu sahənin genişlənməsinə marağı var. Bizim əsas məqsədimiz bu proqramı dərinləşdirmək, bu proqramı öyrənmək istəyənlərə dəstək olmaqdır”.
Amerikalı mütəxəssis qeyd edib ki, hazırda bütün dünyada art menecment dəyişir, inkişaf edir, xüsusən Azərbaycanda muğama, xalçaçılığa maraq geniş yayılıb. Bu sahənin inkişafı bu istiqamətlərdə də müsbət nəticələrə səbəb olacaq.
Daha sonra Johanna Taylor ADMİU-da tələbələrin bu sahədə çox yaxşı təhsil gördüklərini vurğulayıb.
Görüşün davamında ADMİU-nun prorektorları Sədaqət Əliyeva, Nigar Rüstəmova və başqaları art menecment və onun tədrisi ilə bağlı fikirlərini bölüşüblər.

Oxşar xəbərlər

Bütün xəbərlər