Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU

Ali məktəblərə qəbul prosesi başa çatıb, tələbələr artıq yeni tədris ilinə hazırlıq görürlər. Xüsusilə bölgələrdən Bakıya təhsil almağa gələn tələbələr üçün əsas məsələlərdən biri də kirayə ev tapmaqdır. Hazırda tələbələr münasib qiymətə ev axtarışına başlayıblar.

Bəs tələbələr üçün Bakıda kirayə ev tapmaq nə qədər çətindir? Qiymətlər tələbə büdcəsinə uyğundurmu və ev sahiblərinin tələbələrə, xüsusilə oğlan tələbələrə münasibəti necədir?

Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az tələbələr arasında sorğu keçirib.

Paytaxtdakı ali məktəblərdən birinə qəbul olan Aysel hazırda kirayə ev axtardığını bildirdi:

"Bu il universitetə qəbul olmuşam və Gəndəyən Bakıya gələcəyəm. Hazırda ev axtarıram, amma qiymətlər mənə çox baha gəlir. Məsələn, iki-üç nəfərin birlikdə qala biləcəyi evlərə 500 manatdan başlayan qiymətlər deyirlər. Tələbə olaraq bu məbləğləri ödəmək çətindir. Daha münasib qiymətə ev tapmaq istəyirəm şəhərdə, amma seçimlər çox deyil".

3-cü qrup üzrə təhsil alan tələbə Elnurə isə münasib qiymətə kirayə ev tapdığını deyib:

"Mən artıq kirayə ev məsələsində təcrübəliyəm. Bu il də axtarış zamanı münasib qiymətə bir ev tapa bildim. Əlbəttə, seçim çox deyil, amma yaxşı araşdıranda və bir qədər tez axtarışa başlayanda tələbə büdcəsinə uyğun ev tapmaq mümkündür. Demək olar ki, artıq 3 ildir Nərimanovdan uyğun qiymətə ev tapıram".

Sorğuda iştirak edən 1-ci kurs tələbəsi Elvin oğlan tələbələrə kirayə ev verilməsi ilə bağlı çətinlik yaşadığını bildirib:

"Bu il universitetə qəbul olmuşam və evimiz şəhərdən uzaq olduğu və tıxacların çox olduğu üçün şəhərin mərkəzi yerlərindən ev axtarıram. Məsələn, Əcəmidə 2 otaqlı bir evə 800 manat qiymət qoyulmuşdu. Qiymət onsuz da yüksəkdir, üstəlik oğlan tələbə olduğumuzu deyəndə bəzi ev sahibləri ümumiyyətlə razılaşmırlar. Bu da seçimlərimizi məhdudlaşdırır. Hətta münasib qiymətə ev tapsaq belə, oğlan olduğumuz üçün problem yaranır".

2-ci qrup tələbəsi Murad isə kirayə evlərin qiymətlərinin tələbələr üçün baha olduğunu bildirib:

"Kirayə evlərin qiymətləri kifayət qədər yüksəkdir. Xüsusilə universitetə yaxın ərazilərdə münasib qiymətə ev tapmaq çətindir. Tələbə büdcəsi ilə həm yaxşı, həm də münasib qiymətli ev tapmaq asan deyil. Üstəlik, oğlan tələbə olduğumuzu deyəndə qiyməti qaldırırlar. Məsələn, 600 manata ev tapmışdım. Lakin oğlan tələbələr olduğumuzu deyəndə 750 manata razılaşa biləcəyimizi dedilər".

Digər tələbə Rauf isə kirayə ev tapmağın çətin olduğunu, bazarda seçimlərin azaldığını və demək olar ki, hər il ev dəyişdirdiyini deyib:

"Mən artıq 4 ildir ki kirayə qalıram. Hər il demək olar ki, ev dəyişirəm. Bəzən qiymət artır, bəzən də ev sahibi evi boşaltmağımızı istəyir. Əvvəllər 400-500 aralığında ev tapırdımsa, indi 700 manatdan başlayan qiymətlərlə rastlaşıram. Ona görə hər il yenidən ev axtarmaq məcburiyyətində qalıram. Hətta elə vaxtlar olub ki, ilin ortasında da ev dəyişmişəm".

Nəticədə, yeni tədris ili ərəfəsində tələbələrin əsas problemlərindən biri kirayə ev tapmaqdır. Xüsusilə, bölgələrdən Bakıya gələn tələbələr üçün yüksək qiymətlər, oğlan tələbələrə ev verilməməsi və münasib mənzillərin azlığı kirayə ev axtarışını çətinləşdirir.

Oxşar xəbərlər

Bütün xəbərlər