Xəbər lentiwidget-title-icon

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...

Kolleclərə ixtisas seçiminin nəticələri açıqlanıb. Bu il bəzi ixtisaslar üzrə keçid ballarında azalma müşahidə olunur. Eyni zamanda, subbakalavrların ali məktəblərə qəbul imkanlarının əvvəlki illərlə müqayisədə çətinləşməsi diqqət çəkir.

Mövcud vəziyyət kolleclərə marağın gələcəkdə azalacağı ilə bağlı suallar yaradır. Belə ki, abituriyentlərin bir qismi kollecləri məhz sonradan imtahansız şəkildə ali təhsil almaq imkanına görə seçirdi.

Bəs subbakalavrların ali məktəblərə keçid imkanlarının məhdudlaşması kolleclərə marağa necə təsir göstərəcək?

Tehsilmedia.com bildirir ki, Azedu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, kolleclərə olan maraqsızlığın fonunda isə daha çox peşə və yüksək peşə təhsili müəssisələrinə marağın artacağı gözlənilir:

"Bu il xüsusilə III və IV ixtisas qruplarında subbakalavrların ali təhsil müəssisələrinə qəbul olunmaq şansının demək olar ki, sıfıra enməsi və digər qruplarda keçid ballarının yüksəlməsi bir neçə əsas amillə bağlıdır. Bunun başlıca səbəblərindən biri güzəştli ixtisasların sayının artırılmasıdır. Bildiyimiz kimi, kolleclərdə təhsil alan tələbələrin əksəriyyətinin əsas məqsədi sonradan ali təhsil ocaqlarına keçid etməkdir.

Növbəti illərdə subbakalavrlar üçün xüsusi güzəştli şərait yaradılmazsa, kolleclərə qəbul olmaq istəyənlərin sayı hiss olunacaq dərəcədə azalacaq və ya qəbul səviyyəsi aşağı düşəcək. Kolleclərə olan maraqsızlığın fonunda isə daha çox peşə və yüksək peşə təhsili müəssisələrinə marağın artacağı gözlənilir. Artıq bu il də peşə və yüksək peşə təhsilinə üz tutanların sayında və onların keçid ballarında ciddi artım müşahidə olundu.

Bu artımın əsas səbəbi yüksək peşə təhsilindən də ali təhsil müəssisələrinə keçidin mümkün olması və əlavə olaraq tələbələrin konkret, keyfiyyətli bir peşəyə yiyələnmək imkanı əldə etməsidir. Müasir dövrdə praktiki peşə bacarıqları daha böyük əhəmiyyət kəsb edir. Buna görə də kolleclərin tədricən öz mövqeyini peşə məktəblərinə verəcəyi ehtimal olunur. Lakin gələcəkdə kolleclərə ayrılan yerlərin sayı və onların universitetlərə qəbul şansları artırılarsa, bu istiqamətə olan maraq yenidən bərpa oluna bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər