Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Bakı şəhər Təhsil İdarəsində müvəqqəti anarxiya - İTTİHAM



"Azərbaycanda daimi olan bir şey var-müvəqqəti çətinlik ! Hara baxırsan müvəqqəti çətinliyə görə üzr istəyirlər. Di gəl ki, ömür bitir, bu müvəqqəti çətinlik bitmir ki bitmir. Elə paytaxtın təhsil sisteminə cavabdeh olan BŞTİ- də də hazırda müvəqqəti çətinlik hökm sürür..."

Tehsilmedia.com DİA-AZ-a istinadən xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Nicat Mahmudov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İdarənin rəhbəri müvəqqəti icra edici olduğu üçün əməkdaşları da bu fani dünyaya müvəqqəti qonaq kimi baxırlar. Az qala idarənin qabağına “Bakı Şəhər Müvəqqəti Təhsil İdarəsi”, müdirin kabinetinin qapısına isə “müvəqqəti müdir” yazsınlar. İş o yerə çatıb ki, İdarənin əməkdaşları nə işlə məşğul olduqlarını belə bilmirlər. Deyirlər nə səlahiyyətimiz var, nə hökmümüz. Bütün səlahiyyətlər Agentliyin o "ədalət" carçısı olan Eşqinin əlindədir, onların kəsdiyi başa da sorğu-sual yoxdur. Bizlər elə kabinetlərdə oturub tik-toka baxmaqla, bəzi rəhbərliyə yaxın olan blogerlərin paylaşımlarını izləyib layk eləməklə günümüzü yubadırıq.

Srağagün etdiyimiz müraciətlərə heç bir cavab verilmədiyi üçün üz tutdum bu mötəbər idarəyə. Kaş ki getməyəydim, heç o mənzərəni görməyəydim. Ürəyimin ən dərin guşələrində təhsil sisteminin gələcəyinə bəslədiyim cüzi inam hissini heç o idarədə dəfn etməyəydim. Bir dövlət idarəsinin qəbul otağından çox bazar meydanını xatırladan mənzərə ilk baxışdan idarənin iş prinsipini gözlər önündə sərgiləyir. Hamı danışır, heç kim dinləmir. Hamı narazıdır, heç kim maraqlanmır. Kabinetlər orta əsr feodal qəsrlərindən daha alınmazdır, bu qapıları açmaq üçün cəngavər olmaq belə yetərsizdir. Tutalım ki, qapını bacarıb açsan da, kabinetdə heç kimi tapmayacaqsan. Çünki bu kabinetlərin bir də ehtiyat arxa qapısı var. Amma bu qapılar yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmayıb-şikayətçilərdən qaçıb gizlənmək üçün açılıb. Beləcə, BŞTİ-də qaçdı-tutdu oyunu gedir.

[b]Burada heç kim heç kimin şikayətini, müraciətini oxumur. Onsuz da cənab nazirimiz dedi ki, Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamır. Deyəsən BŞTİ-də, ümumiyyətlə, heç kim oxuduğunu anlamır, ya da anlamaq istəmir. Çünki özün dövlət idarəsi olasan, amma heç bir şikayətə gözünün ucuyla belə baxmayasan, adamın inanmağı gəlmir. Elə bil sanki, Qarabağ zəfərimizin intiqamı bu yolla alınır. İndi adamın müdiri müvəqqəti olanda məgər hər şeyə ötəri, müvəqqəti bir şey kimi baxar? Heç olmasa, qəbul otağına yazın ki, "müvəqqəti anarxiyaya göyə üzr istəyirik. Hörmətlə, müvəqqəti rəhbərlik”. Biz də ümidimizi müvəqqəti də olsa, üzüb gözləyək.

BŞTİ-nin "müvəqqəti rəhbəri" Nərminə xanımın bu günlərdə məhkəmənin hökmü ilə 20.670 manat cərimələnməsi, qanunsuz olaraq işdən çıxartdıqları direktor müavinin öz vəzifəsinə bərpa olunması barədə məhkəmə qərarının verilməsi bir daha göstərir ki, idarənin fəaliyyəti heç bir tələbə cavab vermir. Əgər bir dövlət idarəsi edilən müraciətlərə cavab vermirsə, hər hansı problemi həll etmək səlahiyyətində deyilsə, ümumiyyətlə, onun qalmasına hansı ehtiyac var?
Əgər nəzərə alsaq, demək olar ki, eyni funksiyanı yerinə yetirən, iki qurum yaxın məsafədə fəaliyyət göstərir, bu da xeyli maliyyə itkisidir. Elə bu baxımdan çox hörmətli nazirimiz Sahil Babayev cənabının bu mövzuya diqqət göstərməsi hesab edirəm ki, məqsədəuyğundur.

Hanasısa bir Agentliyin ehtiyat qurumu kimi sürünən, əsassız qərarlar verən bir idarə paytaxtın təhsil sisteminə əlavə yükdür. Hesab edirəm ki, bu sahəyə cavabdeh olan şəxslər, xüsusilə Həsən Həsənli müəllim bu barədə düşünməlidir. Onun təhsil sistemində indiyə qədər atdığı addımlar müəyyən ümidlər yaratsa da, nədənsə paytaxtın təhsil sahəsində baş verən neqativ hallara qarşı seyrçi mövqe sərgiləməsi müəyyən suallar doğurur. Əcəba “dağ Məhəmmədə sarı gəlmədi də Məhəmmədmi dağa sarı gəldi?” şübhəsi adamı narahat edir. Mediada gedən bu qədər tənqidlər, şikayətlər Həsən müəllimi heçmi narahat etmir? Həsən Həsənli susur. Bəlkə, ancaq blogger yazılarını oxuduğu üçün ölkə gündəmindən tamamilə uzaq düşüb?

Vəziyyət olduqca təhlükəlidir. Sanki, qəsdən insanları dövlətdən narazı salmaq, vəziyyəti kritikləşdirmək istəyirlər. Onsuz da dövlətimizə qarşı minbir fitnə-fəsadın qurulduğu, təhlükəli ssenarilərin yazıldığı bir dönəmdə bütün bunlar kimlərin maraqlarına xidmət edir? Burada hamının maraqları qorunur-bircə dövlətdən başqa.
Hər halda bütün bu "müvəqqəti çətinliklərə" görə sizlərdən üzr istəməyəcəklər, hesab istəyəcəklər. Özü də tezliklə...

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat