Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Orta məktəblərin yuxarı siniflərində şagird davamiyyəti son illərin diqqətçəkən problemlərindən birinə çevrilib. Xüsusilə 9, 10 və 11-ci sinif şagirdlərinin bir qismi buraxılış və qəbul imtahanlarına hazırlıq məqsədilə repetitor yanına getdiyindən məktəb dərslərinə əvvəlki qədər maraq göstərmir və nəticədə davamiyyət göstəriciləri də aşağı düşür.
Yuxarı siniflərdə davamiyyəti yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında verən "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi ki, məktəblərdə yayınma hallarının qarşısını almaq üçün ən yaxşı üsullardan biri təmayüllərin yaradılmasıdır:
"Bununla bağlı Elm və Təhsil Nazirliyi artıq 31 məktəbdə təmayüllər yaradıb və həmin şagirdlərin ali təhsil müəssisələrinə hazırlaşmasını bu məktəblərdə təşkil edir. Ən azından onların yayılmasının qarşısını alırlar. Bununla bağlı xüsusi müəllimlər də təşkil olunub və həmin müəllimlər sertifikasiyadan yüksək bal toplayan şəxslər arasından seçilib. Düşünürəm ki, bu hal artıq bu kimi neqativ halların qarşısının alınmasına xidmət göstərəcək".






























