Xəbər lentiwidget-title-icon

Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL

20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ



Hər bir xalqın tarixində müstəqil dövlət qurmaq və öz taleyini özü müəyyən etmək arzusu xüsusi əhəmiyyət daşıyır. Dövlət müstəqilliyi xalqın milli iradəsinin ifadəsi olmaqla yanaşı, onun siyasi, iqtisadi və sosial inkişafının əsas şərtlərindən biridir. Azərbaycan xalqı da tarixinin müxtəlif mərhələlərində dövlətçilik ənənələrini qoruyub saxlayıb, müstəqillik uğrunda mübarizə aparıb və nəhayət, müasir Azərbaycan dövlətini quraraq bu iradəsini reallaşdırıb. Müstəqilliyin qorunması isə onu əldə etmək qədər mühüm məsələdir. Dövlətin öz ərazisində hakimiyyətini tam həyata keçirməsi, sərhədlərinə nəzarət etməsi, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirməsi suveren dövlətçiliyin əsas göstəricilərindəndir. Bu baxımdan Azərbaycanın müasir tarixində 20 Sentyabr xüsusi məna daşıyır.

Uzun illər ərzində Azərbaycan ərazisinin bir hissəsinin işğal altında qalması ölkənin ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyinin də tam şəkildə həyata keçirilməsinə mane olurdu. Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmadı. Dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpası əsas milli məqsədlərdən biri olaraq qaldı. 1990-cı illərdən etibarən Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələlərdən biri işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunması idi. Uzun müddət davam edən danışıqlar prosesinə baxmayaraq, Ermənistanın işğal siyasətinə son qoyulması istiqamətində nəticə əldə edilmədi. Azərbaycan isə öz siyasi, iqtisadi və hərbi imkanlarını gücləndirməklə qarşıya qoyduğu məqsədlərə mərhələli şəkildə nail oldu.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bu prosesin dönüş nöqtəsinə çevrildi. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. Üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə əldə olundu.

Lakin Qarabağın bir hissəsində separatçı rejimin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu dövlət suverenliyinin tam təmin olunması məsələsini gündəmdə saxlayırdı. Azərbaycan dövləti bu məsələnin həlli üçün siyasi və diplomatik imkanlardan istifadə etdi, eyni zamanda öz ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulmasının vacibliyini bəyan etdi. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədində nəzarətin təmin olunması baxımından mühüm addım oldu. Bu hadisə Azərbaycanın öz ərazisində dövlət hakimiyyətini və nəzarət imkanlarını ardıcıl şəkildə genişləndirdiyini göstərdi. Həmin ilin sentyabrında Qarabağda baş verən genişmiqyaslı təxribatlardan sonra Azərbaycan Ordusu antiterror tədbirlərinə başladı. Əməliyyatın 23 saat 43 dəqiqə ərzində başa çatması nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın konstitusiya quruluşunun bərpası təmin edildi. Beləliklə, ölkənin bütün ərazisində dövlət hakimiyyətinin aliliyi tam bərqərar oldu.

Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşündə bu hadisənin mahiyyətini ifadə edərək demişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir”. Dövlət başçısının bu fikri 20 Sentyabrın Azərbaycanın dövlətçilik tarixində tutduğu yeri aydın şəkildə göstərir.

Suverenlik yalnız dövlətin əraziyə malik olması ilə məhdudlaşmır. Dövlətin həmin ərazidə öz qanunlarını tətbiq etməsi, dövlət institutlarının fəaliyyət göstərməsi, sərhədlərinə nəzarət etməsi və daxili məsələlərini müstəqil həll etməsi də suverenliyin əsas elementləridir. Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun bərpası məhz bu baxımdan mühüm tarixi nəticədir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.
Sərəncamda qeyd olunduğu kimi, xalqımız müxtəlif dövrlərdə çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmini qoruyub saxlayıb.

20 Sentyabrın dövlət bayramı və ya əlamətdar gün kimi təqvimdə yer alması yalnız 2023-cü ilin hadisəsini xatırlatmaq məqsədi daşımır. Bu tarix Azərbaycan xalqının uzunmüddətli dövlətçilik mübarizəsinin nəticələrindən birini ifadə edir. Müstəqilliyin bərpasından sonra formalaşdırılan güclü dövlət institutları, iqtisadi imkanlar və müdafiə potensialı ölkənin qarşısında duran mühüm milli məqsədlərin həyata keçirilməsinə imkan yaratdı. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da xüsusi əhəmiyyət daşıyır. Konstitusiya dövlət quruluşunun hüquqi əsaslarını müəyyən edir, suverenlik isə dövlət hakimiyyətinin ölkə ərazisində aliliyini və müstəqilliyini ifadə edir. Bu iki anlayış müasir dövlətçiliyin əsas dayaqları sırasında yer alır.

Bu gün Azərbaycan tam suveren dövlət kimi qarşıdakı inkişaf məqsədlərinə yönəlib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin reallaşdırılması və Böyük Qayıdış proqramının davam etdirilməsi suverenlik şəraitində ölkənin yeni inkişaf mərhələsini xarakterizə edir.

20 Sentyabr Azərbaycan xalqının dövlətçilik yaddaşında müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin vahid məfhumlar kimi tamamlandığı tarixi mərhələni ifadə edir. Bu əlamətdar gün dövlət müstəqilliyinin qorunmasının, milli iradəyə və dövlətçilik ənənələrinə sədaqətin əhəmiyyətini bir daha diqqətə çatdırır.

Samirə Adəmqızı

Oxşar xəbərlər


Bütün xəbərlər

Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış