Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Gəncə-Daşkəsən regionunda 86 mindən çox şagird təhsil alır.
Tehsilmedia.com xəbər verir ki, azedu.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən qeyd edilib ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində 86 816 şagird təhsil alır.
Bildirilib ki, GDRTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərində 6 801, IX siniflərində 7 937, XI siniflərində isə 7 007 şagird təhsil alır.
Regiondakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 4 613 beşyaşlı cəlb olunub. GDRTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 6 656 uşaq cəlb olunub. Ümumtəhsil müəssisələrində 7 659 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 531 tərbiyəçi-müəllim çalışır.
Qeyd edək ki, GDRTİ-nin tabeliyində ümumilikdə 376 təhsil müəssisəsi fəaliyyət göstərir.




























