Xəbər lentiwidget-title-icon

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ

Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib

Əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş Türk Tarix Qurumu görkəmli Azərbaycan tarixçisi, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının iki cildlik “Azərbaycan Cümhuriyyəti tarixi. I cild (1991-2003) (407 səhifə), II cild (2003-2024) (566 səhifə) monoqrafiyasını nəşr edib. Bu, 1991-2024-cü illərdə Azərbaycan Respublikasının siyasi tarixinə həsr olunmuş və Türkiyədə çap edilmiş ilk əsərdir. Əsər dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının keçdiyi tarixi yolu bilmək istəyən Türkiyə, türk dünyası və müxtəlif ölkələrin Azərbaycan tarixi mütəxəssisləri üçün dəyərli mənbədir.

Tehsilmedia.org azedu.az-a istinadən xəbər verir ki, 1991-ci ildən 2024-cü ilədək Azərbaycan xalqının və dövlətinin keçdiyi tarixi yolun dünya tarix elmində qəbul edilmiş tədqiqat metodlarına uyğun araşdırılıb müxtəlif ölkələrinin elmi ictimaiyyətinə çatdırılması başlıca vəzifələrdən biridir. Musa Qasımlının əsəri bu baxımdan əhəmiyyətlidir. Əsərin 1991-2003-cü illəri əhatə edən birinci cildində Azərbaycanın müstəqilliyinin bərpa edilməsi ərəfəsində daxili və beynəlxalq şərait, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının başlanması və ilk nəticələri, dövlət müstəqilliyinin bərpası yolunda atılan ilk addımlar, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilən qərarlar, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Ermənistanın Xocalıda törətdiyi soyqırımı, ərazilərin işğalı, 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ağır şərait, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə xalqın dövlət müstəqilliyini itirmək, ölkənin xaricdən dəstəklənən separatçılıqla parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtarılması, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, 1993-2003-cü illərdə daxili və xarici siyasətdə həyata keçirilən tədbirlər, Ermənistanla atəşkəsə gedilməsinin məqsədləri, “Əsrin müqaviləsi”nin imzalanması və ona qarşı hərəkətlər, sui-qəsd, çevriliş və qiyam cəhdləri, Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi, ölkənin nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi və enerji siyasəti, neft ixrac boru kəmərləri məsələsi, demokratik islahatlar, ölüm hökmünün ləğv edilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə Azərbaycanın iştirakı, güclü dövlətin qurulması, dünya azərbaycanlıları ilə əlaqələr və s. məsələlər ən mötəbər mənbələrin əsasında şərh və təhlil edilib.

2003-2024-cü illəri əhatə edən əsərin ikinci cildində 2003-cü il 15 oktyabr tarixində keçirilmiş seçkilərdən sonra Prezident İlham Əliyevin elan etdiyi qarşıda dayanan başlıca məqsəd və vəzifələr, Bakı-Tiflis-Kars dəmir yolunun təməlinin atılması, Azərbaycan dövlətinin “yumşaq güc” siyasətinin rəmzi kimi Heydər Əliyev Fondunun fəaliyyətləri, 2008-ci il Prezident seçkiləri, 2009-cu il konstitusiya referendumu, Azərbaycan Respublikasının birləşdirici güc rolu, Türk Dövlətləri Təşkilatının yaradılması, Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, 2013-cü il Prezident seçkiləri, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, 2016-cı il Aprel döyüşləri və nəticələri, 2016-cı il konstitusiya islahatları, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident seçilməsi, 2018-ci il növbədənkənar Prezident seçkiləri, Günnüt əməliyyatı, Ermənistanın avantüralarına, dövlət sərhədində törətdiyi təxribatlara Azərbaycanın cavabları, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin səbəbləri, xarakteri və gedişi, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşanın işğaldan azad edilməsi, Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media qurumlarına müsahibələri, xalqa müraciətləri, işğalçı ölkənin Ağdam, Kəlbəcər və Laçını boşaltmağa məcbur edilməsi, Vətən müharibəsində qazanılan qələbənin səbəbləri, Azərbaycan, Cənubi Qafqaz, türk dünyası və əzilən xalqlar üçün tarixi əhəmiyyəti, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xarici siyasətdə qazanılan uğurlar, türk dünyasının birliyi yolundakı fəaliyyətlər, Bakıda Hərbi Qənimətlər Parkının yaradılması, işğaldan qurtarılan torpaqlarda tikinti-quruculuq işləri, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi, iqtisadi regionların yeni bölgüsü, Prezident İlham Əliyevin BMT Baş Məclisinin 76-cı sessiyasında nitqi, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılığın kökünün tamamilə kəsilməsi, dövlət suverenliyinin tam bərqərar edilməsi və ölkə həyatında yeni dövrün başlanması, 2024-cü ildə növbədənkənar Prezident seçkiləri, Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi “bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” və b. məsələlər araşdırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər