Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Kollecdə Gülnar Qəhrəmanova necə yadda qalacaq?



Hər bir idarə, müəssisə və ya təhsil ocaqlarının rəhbərləri işlədiyi müddətdə hərəsi öz xronikası ilə yadda qalır, göstərdiyi xidmətlərə görə tabeçiliyində olanlar arasında rəhmət və ya lənətlə xatırlanırlar.

Qazax Dövlət Sosial - İqtisadi Kollecinə düşünülməmiş, araşdırılmamış təyin edilən direktor Gülnar Qəhərəmanova haqqında da bu sual, yarım ildir ki, çoxlarını narahat edir. Yalnız özünəməxsus xüsusiyyətlərə malik olan bu xanım, kollektivə çörək vermək əvəzinə, onu kəsməklə məşğuldur. Məsələn, bu il dərs bölgüsü zamanı xarici fənlərdə dərslərin çatışmazlığından dəm vuran müdir, sonradan onun otağını “yağır” edənlər üçün dərslərin düzəlməsinə gətirib çıxardı. Bəs onda bu yalançı hay-küylərin arxasında nə dururdu? Nə idi xanımın marağı?

Gülnar Qəhrəmanova olduqca özündən razı insandır. Yaltaqlığı, ona baş əyənləri, reklamı sevən bir insandır. Adicə dərs saatları az olanlar, adlarının çəkilməsini məsləhət bilmədiyim bir neçə nəfər Gülnar xanımla təkbətək söhbətdən, yalvar - yapışdan, alçaldıqdan, hətta göz yaşları axıdandan sonra dərs saatlarını bir vəzifə maaşlarına çatdıra bilmişlər. Məhz elə bu, direktora yalvaran ali təhsilli müəllimlərin sındırılması, aşağılanması demək deyilmi?
Əvvəllər də qeyd etmişik ki, Gülnar xanım dünən dediyini bu gün deyən adam deyil. Çox az-az insanlar belə xüsusiyyətləri ilə seçilir. Məsələn, ilk gəlişində işçilərlə tanışlıq edib, işini bilməyənləri kənarlaşdırmaq, ya da işdən azad etmək qərarına gəlmişdi. Sanki ovsunlanmış kimi, yenə də hər kəs öz yerində qalıb işləməli oldu. Bəs onda bu xanım əsəbi çıxışları ilə kimlərə söz demək istəyirmiş və hansı məqsəd güdülürmüş?
Həmişə kollecin arxa yolundan qabağına dövlət maşını ilə gələn Qəhrəmanova, kollecin əsas giriş darvazasından içəri daxil olmur ki, darvazanın hansı rəngdə olduğunu yaxşı görə. Olmazmı kı, bircə litr boya aldırıb rəngini dəyişdirərək, savab qazana? Hələ gələndən kollecə dibçəkdə güldən savayı heç nə qoymayıb. Nə yaxşı ki, anbarı gəzərkən gözləri oralarda itib-batan dibçək qablarına sataşıbmış...
Görmüşük ki, idarə və ya müəssisə rəhbəri hamıya nümunə olar. Gəlişi-gedişi müəyyən əməlləri ilə yadda qalar. Təəssüflər ki, Qəhrəmanovaya nümunəlik göstərilir.



Kollecdə 25 ildir ki, pedaqogika və psixologiya müəllimi işləmiş, tək ailə başçısı, savad dərəcəsinə görə Qəhrəmanovanın “sevdiklərindən” heç də geridə qalmayan Ramilə Bayramovanın əmək müqaviləsinə xitam verilməsi ən azından qan –qarğışdır. Vaxtilə həmin sahə üzrə diplomu məhkəmə tərəfindən tanınan Bayramova işinə, bilik - bacarığına görə yerində olan müəllimdir, pedaqoji kollektiv və dərs dediyi tələbələr arasında nüfuza malikdir. Lakin Ramilə Bayramovanın işinə xitam verilməsi, yerinə isə təcrübəsiz, əlinə bir dəfə də olsun jurnal almayan kadrın gətirilməsi nə dərəcədə doğrudur? Ramilə Bayramovanın 25 illik təcrübəsi əlbəttə ki, dünən işə götürdüyündən yüz dəfə çoxdur. Onda bu nə özbaşınalıqdır, ay yoldaş ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov?
Direktor Gülnar Qəhrəmanovanın yəqin ki, dövlətin qanunlarından az da olsa, başı çıxar. Bəs onda nə üçün məhkəmə qərarının əleyhinədir? Görəsən, o bilirmi ki, məhkəmənin verdiyi qərar dövlətin adındandır? Bəs necə olur ki, Qəhrəmanova dövlətimizi saymır? Belə isə onun dövlət müəssisəsində işləməsi məqsədəuyğundurmu? Yaxşı olardı ki, bu sualı da ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov cavablandırsın. Vaxtilə Qazax kollecindən ayağını kəsməyən Samir Həmidov bəs indi bu tədris ocağına nə üçün baş çəkmir? Demək, hansısa məqsədə nail olmaq lazım imiş.

Qazax Dövlət Sosial - İqtisadi Kolleci həm də tədbirlər ocağına çevrilib. Dərs gedə-gedə tez-tez tədbirlərin keçirilməsi, tələbələrin dərsdən ayrılması, dərslərə maneçilik törədilməsi kimlərin dəyirmanına su tökmək deməkdir?

Bundan əlavə, direktor Ramilə Bayramova ilə yanaşı, 5 nəfər işini bilən müəllimlərin də əmək müqaviləsinə xitam verib, eyni zamanda 6 nəfərdən əlavə, ixtisası kollecdə olmayan 2 ilin müəllimini işdən çıxartsa da, bilmədiyimiz səbəblər ucundan həmin müəllimi geri qaytarmalı olub. Yəni, Qəhrəmanovanın özü də bilmir ki, hansı istiqamətlə hərəkət etsin. Əlavə olaraq, Müəllimlər Günü münasibətilə kollektivə yazdığı mükafatların baş-ayaq olması da deyilənləri sübut edir.

Qəhrəmanova bu günə kimi müəllimlərdən tutmuş texniki işçilərə kimi kimin qabiliyyətli, kimin isə qabiliyyətsiz olmasını araşdıra bilmir. Əksinə, qabiliyyəti olanları hədə-qorxu, gözümçıxdıya salır ki, bu da cənab Prezident İlham Əliyevin məmur özbaşınalığı haqqında dediyi dəyərli sözlərə ziddir. Gülnar Qəhrəmanovanın kollec direktorluğuna layiq olmaması işlədikcə özünü daha çox büruzə verir.

İlham Hacalı

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat