Xəbər lentiwidget-title-icon

Türkiyə XİN-dən Azərbaycana Dövlət Bayrağı Günü təbriki
Emin Əmrullayevdən Dövlət Bayrağı Günü ilə bağlı paylaşım
Günəşdə XXI əsrin rekordu təkrarlanıb
AzMİU kollektivi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanda olub
İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Yerin yeni peyki ortaya çıxıb
Nazir Zəfər Gününü belə təbrik edib - FOTO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO
Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub - FOTO
Dövlət Bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
Gənclər niyə müəllim olmaq istəmir?
Prezident hərbçilərə ali rütbələr verib - SİYAHI
Sertifikasiya xeyli yüngülləşə bilər - Müəllimlər üçün iki güzəşt təklifi
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO
Prezident Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOLAR
İngilis dili dərsliklərində ciddi problem - “Şagirdlər danışmağı öyrənə bilmir”
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı olub
Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?

İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər



Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.

Tehsilmedia.org xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmisiniz.

Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı.

Şuşa şəhəri 28 il əsarət altında idi, ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.

Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır.

Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.

İşğal dövründə, təbii ki, müxtəlif vaxtlarda müəyyən ümidlər də var idi - bu məsələ, bu münaqişə sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.

Bu gün vəziyyət tam başqadır. Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir.

44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.

Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.

Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.

Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.

Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır".

Əziz qardaşım, gəldiyiniz üçün Sizə bir daha təşəkkür edirəm. Sağ olun.

Oxşar xəbərlər


Bütün xəbərlər

Türkiyə XİN-dən Azərbaycana Dövlət Bayrağı Günü təbriki
Emin Əmrullayevdən Dövlət Bayrağı Günü ilə bağlı paylaşım
Günəşdə XXI əsrin rekordu təkrarlanıb
AzMİU kollektivi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanda olub
İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Yerin yeni peyki ortaya çıxıb
Nazir Zəfər Gününü belə təbrik edib - FOTO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb VİDEO
Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub - FOTO
Dövlət Bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
Gənclər niyə müəllim olmaq istəmir?
Prezident hərbçilərə ali rütbələr verib - SİYAHI
Sertifikasiya xeyli yüngülləşə bilər - Müəllimlər üçün iki güzəşt təklifi
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO
Prezident Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOLAR
İngilis dili dərsliklərində ciddi problem - “Şagirdlər danışmağı öyrənə bilmir”
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı olub