Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Özbəkistanlı alim BDU-da ustad dərsi keçib - FOTO

Özbəkistanlı alim BDU-da ustad dərsi keçib - FOTO

Özbəkistanın Xarəzm Pedaqoqların Təlimi üzrə Milli Mərkəzinin kafedra müdiri, filologiya elmləri doktoru Nəsibə Sabirovna Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev və Özbəkistan-Azərbaycan mədəni əlaqələri” mövzusunda ustad dərsi keçib.

Bu barədə "tehsilmedia.info"a BDU-dan bildirilib.

Nəsibə Sabirovna “Heydər Əliyev İli”ndə Azərbaycanda olmaqdan və məhz Ümummilli Liderin məzunu olduğu Universitetdə mühazirə oxumaqdan məmnunluğunu ifadə edib. O, eyni soya malik olan xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ sovet dövründə siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında mədəni əlaqələrin davam etdirilməsinə səy göstərib: “Müstəqillik illərində siyasi, iqtisadi, eyni zamanda ədəbi-mədəni əlaqələrimiz Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun tarixi xidmətləri ilə daha da inkişaf etdirildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev münasibətlərimizi ən yüksək səviyyəyə çatdırıblar”.

Mühazirədə Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan ədəbiyyatı örnəklərinin nəşri və təbliğindən bəhs olunub. Ulu Öndərin təşəbbüsü ilə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərin yubileylərinin mütəmadi olaraq hər iki ölkədə qeyd olunması ənənəsinin formalaşdığı, həmin ənənələrin bu gün də davam etdirildiyi vurğulanıb.

Məruzəçi hər iki ölkə arasında mədəni əlaqələr sahəsində kitabxana-informasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu qeyd edib. Qardaş ölkələrin Milli Kitabxanaları arasındakı qarşılıqlı əlaqələrin, kitab mübadiləsinin mütəmadi olaraq davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlayan BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə Özbəkistanın müvafiq ixtisas üzrə müətəxəssis hazırlayan ali məktəbləri arasında son dövrlər əlaqələr daha da inkişaf etdirilir, birgə beynəlxalq konfranslar, seminar və ustad dərsləri təşkil olunur.

Filologiya elmləri doktoru Nəsibə Sabirovnanın mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, alim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

Özbəkistanlı alim BDU-da ustad dərsi keçib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər