Xəbər lentiwidget-title-icon

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb

Azərbaycan Texniki Universitetinin (AzTU) “Şəhərdaxili mobillik planının hazırlanması” layihəsi çərçivəsində işlənib hazırlanmış həll yolları müasir marketinqin banilərindən biri hesab edilən Filip Kotlerin Qabriele Karboni və Tata Çolariya ilə həmmüəllifi olduğu “Enlightened Management Azerbaijan” (“Azərbaycanda mütərəqqi idarəetmə”) kitabında dərc edilib.

Universitetdən Tehsilmedia.org-a verilən məlumata görə, bu il nəşr olunan kitabın xüsusi genişləndirilmiş buraxılışı 540 səhifədən ibarətdir. Nəşrə idarəetmənin əsaslarına dair dörd yeni fəsil, eləcə də Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının, şirkətlərin və universitetlərin təcrübəsinə əsaslanan 22 material daxil edilib. Kitabda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “Procter & Gamble”, “Azercell”, “AzerGold”, “Azərbaycan Hava Yolları”, “Bakcell”, UNEC və digər qurumların təcrübəsi təqdim olunur. Kitabın ön sözünün müəllifi “The New York Times”ın bestsellerlər siyahısına düşmüş əsərlərin müəllifi Marşall Qoldsmitdir.

Kitabın 414–418-ci səhifələrində yer alan “Azərbaycan Texniki Universiteti və Şəhərdaxili Mobillik Planı: Tətbiqi Tədqiqat və İctimai Dəyər Yaradılması Modeli” (“Azerbaijan Technical University and the ‘Intracity Mobility Plan’ – A Model of Applied Research and Social Value Creation”) adlı məqalənin müəllifi AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru dosent Fuad Daşdəmirovdur.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yol hərəkəti təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində, AzTU-nun elmi-metodiki dəstəyi ilə 2022-ci ildən həyata keçirilən layihənin nəticələri təhlil olunur.

İlkin mərhələdə 16 şəhəri əhatə edən layihənin coğrafiyası sonradan genişləndirilərək 44 şəhərə çatdırılıb. Layihə çərçivəsində universitetin 120-dən çox tələbəsi “Nəqliyyat logistikası və hərəkət təhlükəsizliyi”, eləcə də “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları” kafedralarının əməkdaşlarının rəhbərliyi ilə şəhərlərin nəqliyyat şəbəkələrinin monitorinqində və əhali arasında sorğuların keçirilməsində iştirak edib.

Layihə çərçivəsində magistrant və doktorantlar müasir proqram təminatlarından və metodologiyalardan istifadə etməklə nəqliyyat şəbəkələrinin mikro və makrosəviyyəli simulyasiyasını həyata keçiriblər. Əldə olunan nəticələr magistr və doktorantların dissertasiya işlərində, həmçinin “Web of Science” və “Scopus” elmi bazalarında indekslənən jurnallarda dərc olunmuş məqalələrdə öz əksini tapıb.

Bununla yanaşı, layihənin nəticələri əsasında tədris planlarına “Nəqliyyatda simulyasiya” və “Nəqliyyat xidmətlərində simulyasiya” fənləri daxil edilib. Universitet tərəfindən, həmçinin Azərbaycanın ilk milli mobillik məlumat bazası yaradılıb.

Qeyd edək ki, “Enlightened Management Azerbaijan” kitabını Amazon platformasından əldə etmək mümkündür: https://www.amazon.com/dp/B0HSQJMMNF

Oxşar xəbərlər

Bütün xəbərlər