Xəbər lentiwidget-title-icon

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX

Dekabrın 5-6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Tehsilmedia.org-a verilən xəbərə görə, imtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrindən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.

Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiyada təşkil olunacaq.

Belə ki, 5 dekabr, saat 10:00 - musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya; ⁠5 dekabr, saat 15:00 - qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban, 6 dekabr, saat 11:00 - fortepiano ixtisasları üzrə.

İştirakçılara imtahanın tarixi, saatı və yeri barədə fərdi bildirişlər MyCulture şəxsi kabinetlərinin “Bildirişlər” bölməsinə göndərilib. Test və müsahibə proqramları, iştirakçının yaddaş kitabçası və digər məlumatlar isə “Sertifikatlaşdırmaya hazırlıq” bölməsində yerləşdirilib.

Qeyd olunub ki, iştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış binada olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Kompüter vasitəsilə və təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. İxtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edən sualların cavablandırılması üçün 120 dəqiqə ayrılacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və cavabsız suallar toplanan balı azaltmayacaq. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edilib ki, sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun aparılır. Test və müsahibə mərhələlərindən ibarət proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır.

Oxşar xəbərlər

Bütün xəbərlər