Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Qazax Müəllimlər Seminariyasında görüş olub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyasında görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, seminariyanın baş məsləhətçisi Yeganə Göyüşlü bildirib ki, ADA Universiteti 2021-ci ilin may ayında "Bir müəllimin manifesti" adlı layihə təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun tarixi binasının bərpasını və təhsil missiyasını yerinə yetirib: "Qazax Müəllimlər Seminariyası istər Cümhuriyyət, istər də sovetləşmə dövrlərində bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı köklü təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Hətta 1920-ci ildən seminariyanın nəzdində qızlar qrupu da açılıb. 1925-ci ildən seminariya Qazax Pedaqoji Texnikumuna çevrilib və fəaliyyətini 1959-cu ilədək davam etdirib. ADA Universitetinin "Bir müəllimin manifesti" təşəbbüsü çərçivəsində maarifçilik tariximizin qürurlu ünvanlarından olan Qazax Müəllimlər Seminariyasının binasının bərpa edilməsi ilə onun yenidən, müasir təhsil üsulları səviyyəsində fəaliyyəti təmin olunacaq”.

Görüşdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Qazax Müəllimlər Seminariyasının bərpası Azərbaycan təhsilinin inkişafına mühüm xidmət göstərəcək. Qazax Müəllimlər Seminariyası ADA Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam edəcək, burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni nəsil maarifçilər yetişdirəcək. Hafiz Paşayev qeyd edib ki, təhsilin inkişafına xidmət edən belə layihələr digər regionlarda da reallaşdırılmalıdır. O, bu istiqamətdə BDU ilə birgə əməkdaşlıq layihələrinin keçirilə biləcəyini vurğulayıb.

BDU-nun rektoru Elçin Babayev seminariyanın müasir görkəmini almasında böyük rol oynadığına görə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə minnətdarlığını bildirib. Rektor diqqətə çatdırıb  ki, professor Hafiz Paşayevin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpası, 1918-1920-ci illərdə çap edilmiş "Azərbaycan” qəzeti və "Vətən dili” dərsliyinin latın qrafikasında nəşrləri, "Bir müəllimin manifesti” kimi dəyərli layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir.

Tədbirin sonunda BDU tələbələrinin ifasında Mir Cəlal Paşayevin "Müalicə” hekayəsindən səhnəcik və Universitetin Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər