Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Azərbaycan Elm Fondu və TÜBİTAK arasında əməkdaşlığa dair protokol imzalanıb

Azərbaycan Elm Fondu və TÜBİTAK arasında əməkdaşlığa dair protokol imzalanıb

Azərbaycan Elm Fondunda (AEF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandal ilə görüş keçirilib.

AMEA-dan "tehsilmedia.info"a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd TÜBİTAK ilə AEF arasında birgə layihələrin təşkil edilməsi, gənc tədqiqatçılar üçün imkanların yaradılması və kadr mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması olub.

Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib. AEF-in fəaliyyət istiqamətlərindən danışan M.İmanova Fondun ölkədə elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, o cümlədən bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verdiyini diqqətə çatdırıb.

M.İmanova 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunduğunu xatırladıb, rəhbərlik etdiyi Fondun Ümummilli Liderin yubileyinə həsr olunmuş Əsas Qrant Müsabiqəsini elan etdiyini qonaqların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən professor Hasan Mandal iki qurum arasında təcrübə mübadiləsinin möhkəmləndirilməsinin zəruriliyindən danışıb. TÜBİTAK-ın prezidenti əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat, eksperimental-konstruktor və innovasiya layihələrinin maliyyələşdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Görüşdə iki qurum arasında birgə tədqiqatlara dair icra olunacaq müştərək layihələr, prioritet istiqamətlər, maliyyə resursları və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə TÜBİTAK-ın AEF-lə birgə gənclər üçün qrant müsabiqəsinin elan olunması məsələsinə də diqqət ayrılıb.

Sonda elm, texnologiya və innovasiyalar üzrə əməkdaşlığa dair protokol imzalanıb.

İmzalanmış protokol çərçivəsində AEF ilə TÜBİTAK arasında fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli müsabiqələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında icra olunacaq beynəlxalq qrant müsabiqələrin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin AEF və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər