Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Azərbaycan Elm Fondunun icraçı direktoru Türkiyədə keçirilən seminarda iştirak edib - FOTO

Azərbaycan Elm Fondunun icraçı direktoru Türkiyədə keçirilən seminarda iştirak edib - FOTO

Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova Beynəlxalq Türk Akademiyası, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Türk dövlətləri arasında regional və qlobal məsələlərin həlli üçün elmi əsaslı çoxtərəfli əməkdaşlıq və birgə fəaliyyət” seminarında iştirak edib.

Bu barədə "tehsilmedia.info" a Azərbaycan Elm Fondundan bildirilib.

Mehriban İmanova tədbirin plenar iclasında çıxış edərək fondun əsas fəaliyyət istiqamətləri, Azərbaycanda tədqiqat, innovasiya fəaliyyətlərinə fond tərəfindən göstərilən dəstək haqqında məlumat verib. İcraçı direktor bildirib ki, Azərbaycan Elm Fondu ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının təqdim olunması istiqamətində fəaliyyət göstərir. Fond dünyanın bir sıra innovativ müəssisələri, elmi fondları, o cümlədən TÜBİTAK ilə elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

O, türk dövlətlərinin elmi əsaslı birgə fəaliyyətini nəzərdə tutan seminarın əhəmiyyətini vurğulayaraq, elm və texnologiya sahələrində institut və mərkəzlər arasında əməkdaşlığın türk ölkələri üçün bir çox üstünlüklər təqdim etdiyini diqqətə çatdırıb. Mehriban İmanovanın sözlərinə görə, iştirakçı institutlar və mərkəzlər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə öz tədqiqatlarının və innovasiyalarının keyfiyyətini və təsirini artırmağa nail ola bilərlər. Həmçinin xüsusi avadanlıq, innovativ texnologiyalar və müxtəlif perspektivlər də daxil olmaqla, daha geniş təcrübə və resurslara çıxış əldə edə bilərlər.

Qeyd edək ki, seminarın əsas məqsədi iştirakçı müəssisə və qurumlar arasında şəbəkələşmə və əməkdaşlıq üçün zəmin yaratmaq olub.

Tədbirdə elm və texnologiya sahələrində birgə tədqiqat və təkmilləşdirmə layihələrinin hazırlanması, bilik və təcrübə mübadiləsinin təşviqi və türk dövlətləri daxilində potensialın artırılmasına dəstək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Elm Fondunun icraçı direktoru Türkiyədə keçirilən seminarda iştirak edib - FOTO

Azərbaycan Elm Fondunun icraçı direktoru Türkiyədə keçirilən seminarda iştirak edib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər