Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Rəsm çəkən uşaq daha yaxşı inkişaf edir - ARAŞDIRMA

Rəsm çəkən uşaq daha yaxşı inkişaf edir - ARAŞDIRMA


Adətən uşaqlar rəsm çəkməyi sevirlər. Bu onların inkişafında da çox mühüm rol oynayır. Rəsm çəkərkən tamamilə sərbəst olduqlarından bu fəaliyyət uşaqlara öz dünyalarını yaratmaqda çox kömək edir.

Uşaqların inkişafını izləyən psixoloq və pedaqoqların gəldiyi nəticəyə görə, məktəbəqədər və məktəb dövründə uşaqlar çoxlu rəsm çəkməli və boyama ilə məşğul olmalıdırlar. Onların fikrincə, yaradıcılıq və əl bacarıqlarını inkişaf etdirən boyamanın uşaqlar üçün olduqca böyük faydası var.

Məşhur Valdorf məktəblərinin art-terapevtləri rəsm və boyamanın uşaqlara təsiri ilə bağlı araşdırmalar aparıblar.

Onların gəldikləri bəzi nəticələrlə sizi də tanış etmək istəyirik.

Uşağı boyama və rəsmlə nə vaxt tanış etmək lazımdır?

Mütəxəssislər körpənin iki yaşından boyama ilə tanış olmasını məqbul sayır. Bu vaxta qədər, şübhəsiz ki, körpə artıq əlində karandaş və flomaster tutmağı, kağız üzərində cızma-qara etməyi bacarır. 2-4 yaşlı uşaqlar üçün rəngləmə kitabı seçərkən, şəkillərin mürəkkəblik səviyyəsinə diqqət yetirmək lazımdır: onlarda kiçik detallar mümkün qədər az olmalı, bütün təsvirlər körpə üçün aydın olmalıdır. Körpənin ilk rəsmləri karandaşlarla rəngləməsi daha yaxşıdır: bununla körpənin rəsm çərçivəsindən kənara çıxmadan rəngləməyi öyrənməsi daha asan olacaq.

Boyama və rəssamlıq bacarıqlarının formalaşdırılması körpənin inkişafına bir çox tərəfdən müsbət təsir göstərir:

Əzələlərin inkişafı

Boyama əzələ inkişafı üçün çox vacibdir. Barmaq və əl əzələlərini intensiv şəkildə inkişaf etdirən rəsm fiziki inkişafda ən vacib fəaliyyətlərdən biridir. O, təkcə əllərdə və barmaqlarda kiçik əzələ qruplarını inkişaf etdirmir, həm də göz əzələlərini məşq etdirir. Bu isə beyin-göz-əl koordinasiyasını təmin edir.

Fokus

Uşaqlar bir tapşırıq yerinə yetirərkən diqqətlərini asanlıqla itirə bilərlər. Ətrafdakı səslər, əşyalar, hadisələr onların diqqətini tez-tez yayındırır. Boyama uşaqlara diqqəti cəmləməyə və saxlamağa çox kömək edir. Əgər uşağınızın diqqətini cəmləməkdə problemi varsa, boyama fəaliyyətinə daha çox zaman ayıra bilərsiniz.

Təxəyyül

Uşaqlar gün ərzində çoxlu xəyallar qururlar. Boyama və rəngləmə uşaqların xəyallarını daha da rəngarəng edir və onlar təxəyyüllərindəkini kağız üzərində canlandırmağa çalışırlar. Odur ki, uşaqlar öz yaradıcı yanaşmaları ilə bəzən böyükləri təəccübləndirəcək şəkillər də yarada bilirlər.

Vizual yaddaş

Rənglər və formalar uşaqların yaddaşının inkişafında çox mühüm rol oynayır. Rəsm çəkərkən sağ və sol beyin eyni vaxtda işləyir. Buna görə də boyama və rəsm idrak inkişafı üçün çox vacibdir. Rəsm estetik baxışı yaxşılaşdırır, uşaqların vizual yaddaşını gücləndirir və incəsənətə marağını artır.

Bu fəaliyyətlər övladlarının istedadlarını kəşf etmələri üçün valideynlərə ipucu verir.

Ünsiyyət qurmaq

Boyama və rəsm uşaqlar üçün yalnız mexaniki fəaliyyət deyil. Uşaqlar rəsm çəkərək duyğu və düşüncələrini rəng və formaları olan kağıza köçürürlər. Uşaqlardan rənglədikləri və ya çəkdikləri şəkilləri izah etmələrini xahiş etməklə ifadə bacarıqlarının inkişafını da dəstəkləmək olar.

Boyama səhifələrində uşaqlar adlarını hələ bilmədiyi müxtəlif yeni obyekt və formalarla tanış olur, öz lüğətlərini yeni sözlərlə zənginləşdirirlər. Bu həm də körpənin rəngləri öyrənməsinə və real dünyada gördüyü obyektlərin xüsusiyyətlərini və formalarını (sarı günəş, yaşıl ot) kağıza köçürməsinə kömək edir.

Uşaqlar əl işlərinin bəyənilməsini və başa düşülməsini arzulayırlar. Rəngləmə və şəkillər haqqında söhbət etməklə övladlarınıza dəyərli olduqlarını hiss etdirə, duyğu və düşüncələrini ətrafdakılarla bölüşməsinə təkan verə bilərsiniz.

Rəsm çəkmək, eyni zamanda, qəzəb, aqressiya və kədər kimi mənfi duyğularla yüklənmiş uşaqlar üçün çox yaxşı sakitləşmə və istirahət üsuludur. Art-terapevtlər vurğulayır ki, uşaqlar onları narahat edən duyğu və qorxulardan rəsm vasitəsilə xilas ola bilərlər.

Mütəxəssislərin qənaətinə görə boyama kitabı seçərkən uşağın yaşı, cinsi və maraqları da nəzərə alınmalıdır. İndi nəşriyyatlar qızlar və oğlanlar üçün ayrıca boyama kitabları nəşr edir. Valideyn bilməlidir ki, hər qız pəriləri, hər oğlan da avtomobilləri sevməyə məcbur deyil. Ümumiyyətlə, indi internetdə hər hansı bir xarakterin rənglənməsi üçün boyama örnəkləri tapmaq çətin deyil. Uşağınızın maraq dairəsinə uyğun şəkilləri internetdən yükləyə və çap edə bilərsiniz. Diqqət yetirmək lazımdır ki, bu,uşağın başa düşəcəyi təsvir olsun.

Qeyd edək ki, siz də övladınızla birlikdə rəsm çəkməklə onunla daha səmərəli vaxt keçirə, onun ehtiyac və maraqlarından xəbərdar ola və onu dəstəkləyə, bununla da daha artıq etimadını qazana bilərsiniz.

Mənbə: "Azərbaycan Məktəbi" jurnalı

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat