Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

BDU-nun Hüquq fakültəsi və Ədliyyə Nazirliyi konfrans keçirib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyinin "Heydər Əliyev İli” çərçivəsində birgə Fəaliyyət Planına uyğun olaraq Sumqayıt Məhkəmə Kompleksində "Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirilib.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları, BDU-nun Hüquq fakültəsinin və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, tələbələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla tanış olub, Ümummilli Liderə həsr olunan filmə baxıblar.

Sumqayıt Məhkəmə Kompleksində davam edən tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxışında Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə tələbələri məlumatlandırıb, Sumqayıt Məhkəmə Kompleksinin inşasının bu islahatların mühüm tərkib hissəsi olduğunu bildirib.

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı, "Heydər Əliyev İli” çərçivəsində keçirilən birgə tədbirlərin tələbələr üçün faydasını qeyd edib, ölkəmizdə hüquq elminin və təhsilinin Ulu Öndərin rəhbərliyi dövründə yeni inkişaf dövrünə qədəm qoyduğunu, Ümummilli Liderin Hüquq fakültəsinə xüsusi qayğısını, milli, o cümlədən hüquqşünas kadrlarının yetişdirilməsində əvəzsiz rolunu vurğulayıb.

Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri İlqar Dəmirov və Ruhiyyə Əsgərova Ümummilli Liderin müəllifi olduğu üçpilləli yeni məhkəmə sistemi barədə ətraflı məlumat veriblər.

Tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, maraqlı diskussiyalar aparılıb.

Konfrans çərçivəsində gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, "Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla yaxından tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər