Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Xüsusi qabiliyyət imtahanlarına start verilib

Xüsusi qabiliyyət imtahanlarına start verilib

İyunun 18-dən etibarən Bakı şəhərində ali təhsil müəssisələrinin Təsviri sənət istiqamətinin dekorativ tətbiqi sənət ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı keçirilməyə başlanılıb.

Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan müddəti 6 saatdır. Abituriyentlər bu imtahanda A2 formatlı kağız üzərində karandaşla naturadan antik başın rəsmini çəkirlər.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqamətinə aid Şəki şəhərində 521 və 522-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər iyunun 17-18-də, Lənkəranda 721, 722 və 723-cü komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər isə bu gün imtahanlarda iştirak ediblər. İndiyə qədər 152 abituriyent imtahanda iştirak edib.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqaməti üzrə regionlarda olan imtahanlar onlayn qaydada təşkil olunur və iyunun 25-dək davam edəcək. Regionlardakı onlayn imtahanlar Bakı şəhərindən idarə olunur və prosesə nəzarət edilir. Onlayn imtahanlar zamanı komissiya üzvlərinin kimliyi abituriyentlərə açıqlanmır və onların görüntüləri bağlı saxlanılır. Komissiya üzvləri respublikanın ali, orta və ümumi orta təhsil müəssisələrinin müəllim heyəti arasından seçilir.

Xatırladaq ki, Naxçıvan şəhəri üzrə onlayn imtahanlar iyunun 19-20-də, Gəncə şəhəri üzrə iyunun 21, 22, 24-də və Bərdə şəhəri üzrə isə iyun 24-25-də keçiriləcək. Musiqi sənəti istiqaməti üzrə Bakı şəhərində keçiriləcək imtahanlar əyani qaydada təşkil olunacaq.

İyunun 19-dan Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında (Fətəli Xan Xoyski prospekti, 98) ali təhsil müəssisələrinin Bədən tərbiyəsi və idman istiqamətinin 63-cü komissiyası (Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi) üzrə imtahanlara start veriləcək. 63-cü komissiya üzrə abituriyentin ümumi fiziki hazırlıq imtahanından aldığı müsbət qiymət orta ixtisas təhsili müəssisələrinin 6401 və 152-ci komissiyalarına da şamil ediləcək.

Ali təhsil müəssisələrinin Teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə qabiliyyət imtahanları da iyunun 19-dan etibarən Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə keçirilməyə başlanılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 19493 nəfər, orta ixtisas təhsili müəssisələrinin 11 illik təhsil bazasında ixtisasları üzrə 3850, 9 illik təhsil bazasında ixtisaslar üzrə isə 5470 abituriyent qeydiyyatdan keçib.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri haqqında “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ətraflı məlumat verilib. Jurnalın elektron variantını DİM-in saytından əldə etmək olar.

Oxşar xəbərlər

Bütün xəbərlər