Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

DİM təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanları barədə statistik məlumatları təqdim edib

DİM təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanları barədə statistik məlumatları təqdim edib

Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, dizayn və təsviri incəsənət müəllimliyidir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarının keçirilməsinə iyunun 18-dən etibarən start verilib. Ali təhsil səviyyəsi üzrə statistik göstəricilərə baxsaq, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən bu ixtisaslar arasında abituriyentlərin daha çox dizayna (sahələr üzrə) və dekorativ-tətbiqi sənətə maraq göstərdikləri məlum olur.

DİM-dən "tehsilmedia.info"a bildirilib ki, bu il ali təhsil səviyyəsinə aid 14-cü (dizayn) komissiya üzrə 2482, 15-ci (dekorativ-tətbiqi sənət) komissiya üzrə 735 abituriyent qeydiyyatdan keçib.

Bu ixtisaslar üzrə qabiliyyət imtahanı fənni olan rəsm imtahanında A2 formatlı kağız üzərində karandaşla naturadan gipsdən olan antik başın rəsmi çəkilir. Dekorativ-tətbiqi sənət ixtisası üzrə abituriyentlər rəngkarlıq fənnindən də imtahan verirlər. İmtahanların nəticəsi 10 ballıq şkala üzrə qiymətləndirilir. “Müvəffəq” qiymət almaq üçün abituriyentin nəticəsi 6 bal və daha yuxarı olmalıdır.

14-cü komissiya üzə qabiliyyət imtahanları artıq başa çatıb. 2482 abituriyentdən 462 nəfəri imtahana gəlməyib. Nəticələrə əsasən 606 nəfər imtahanda müvəffəq qiymət alıb. Yerinə yetirilən işlərin 12-si 9 bal, 83-ü 8 bal, 147-si 7 bal, 364-ü 6 balla qiymətləndirilib. 1414 nəfər 6 baldan aşağı qiymət alıb.

Qeyd edək ki, dizayn ixtisasına xüsusi qabiliyyət imtahanı tələb edən ali təhsil müəssisələri üzrə 450, xüsusi qabiliyyət imtahanı tələb etməyən ali təhsil müəssisələri üzrə isə 350 plan yeri nəzərdə tutulub. Ümumilikdə 800 plan yerindən 200-ü dövlət sifarişli yerlərdir. Dövlət sifarişinin yerləri xüsusi qabiliyyət tələb edən və xüsusi qabiliyyət tələb etməyən ixtisaslar arasında plan yerlərinin nisbətinə uyğun bölünür.

15-ci komissiya üzrə 735 abituriyentdən 48 nəfəri rəsm imtahanına gəlməyib. Rəsm imtahanından müvəffəqiyyətlə keçən 221 nəfər rəngkarlıq imtahanında iştirak edib. Onlardan 164 nəfər (8 nəfər 9 bal, 50 nəfər 8 bal, 64 nəfər 7 bal, 42 nəfər 6 bal) müvəffəq qiymət alıb.

Dekorativ-tətbiqi sənət ixtisası üzrə 80 plan yeri nəzərdə tutulub ki, bunlardan 55-i dövlət sifarişli yerlərdir.

14-cü və 15-ci komissiyanın rəsm fənni üzrə apellyasiya müraciətlərinə baxılması üçün iyulun 5-7-də abituriyentlərin onlayn qeydiyyatı aparılıb və 569 nəfər abituriyent qeydiyyatdan keçib. 181 nəfər “Zoom” proqramı, 388 nəfər isə telefon vasitəsilə onlarla əlaqə yaradılmasını istəyib. İyulun 11-dən etibarən telefon vasitəsilə əlaqə yaradılmasını seçən abituriyentlərin müraciətlərinin baxılmasına başlanılıb. Apellyasiya üçün müraciət etmiş bütün abituriyentlərlə növbəli şəkildə əlaqə saxlanılacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, A2 formatlı rəsm işlərinin fotosurəti onların qeydiyyatdan keçdikləri səhifələrində, nəticələri ilə birlikdə yerləşdirilir. A3 formatlı rəsm işləri isə Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Dizayna (ADAU) aid digər 87-ci komissiya üzrə 221 nəfər qeydiyyatdan keçib. Bu komissiya üzrə imtahanlar hələlik başlamayıb. 10-cu (Rəngkarlıq), 11-ci (Qrafika), 12-ci (Heykəltəraşlıq) və 67-ci (Rəngkarlıq, NDU) komissiyalar üzrə müvafiq olaraq 237, 304, 42, 41 nəfər qeydiyyatdan keçib və 11-ci komissiya istisna olmaqla, digər imtahanlar hələlik başlamayıb.

DİM-in saytında verilmiş cədvəllərdə hər bir təhsil səviyyəsi üzrə iyulun 12-dək olan statistik məlumatlarla daha ətraflı tanış olmaq olar.

Oxşar xəbərlər

Bütün xəbərlər