Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

ABŞ-ın İndiana Universitetində Ulu Öndərə həsr olunmuş tədbir keçirilib

ABŞ-ın İndiana Universitetində Ulu Öndərə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif ölkələrdə tədbirlər keçirir. Bu tədbirlərdən biri də ABŞ-nin İndiana Universitetində keçirilib.

ADU-dan "tehsilmedia.info"a bildirilib ki, ABŞ-ın İndiana Universitetində İç Asiya və Ural Milli Resurs Mərkəzinin və Mərkəzi Asiya Araşdırmaları Departamentinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda təhsil” mövzusunda dəyirmi masa təşkil olunub. Mövzu üzrə çıxış etmək üçün tədbirə dəvət olunmuş Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayeva yaradılmış şərait üçün minnətdarlığını bildirib. O, şahidi olduğu və səhih mənbələrdən topladığı faktlar əsasında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən, o cümlədən çoxlu sayda orta məktəblərin, texniki peşə məktəblərinin açılması, yeni ali təhsil müəssisələrinin və hərbi kadrlar üçün məktəblərin yaradılması, elmlə təhsilin inteqrasiyasının diqqət mərkəzində saxlanılması, təhsilin dünyəvi xarakterinin təmin olunması və digər təhsil məsələləri ilə bağlı mühüm qərar və sərəncamların verilməsindən bəhs edib. Bildirib ki, təhsil sahəsində Heydər Əliyev dövrünün ən əlamətdar cəhətlərindən biri kimi, Azərbaycan hüdudlarından kənarda respublika üçün gərəkli ixtisaslar üzrə təhsil almaq məqsədilə keçmiş SSRİ-nin aparıcı ali təhsil ocaqlarına göndərilən abituriyentlərin sayı məhz ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 1970-1980-ci illər arasında hər il artaraq 49-60 nəfərdən sonda 1000, hətta 1400 nəfərə çatdırılıb. Həmin dövrdə Vətəndən kənarda təhsil almış Azərbaycan vətəndaşlarının ümumilikdə15000 nəfər təşkil etməsi, eləcə də bu kadrların bir çoxunun indi mühüm vəzifələrdə çalışması da dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. F.Abdullayeva fəaliyyət göstərdiyi ali təhsil ocağında həmin dəyərli kadrlardan bir neçəsi ilə çiyin-çiyinə çalışdığını da qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan dilinin dövlət dili statusu almasında Ulu Öndərin müstəsna xidmətlərindən də danışılıb.

Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkədə digər sahələrdə baş vermiş önəmli hadisələrin nəticələrindən təhsilin inkişafı üçün istifadəyə aid bir sıra faktlara da istinad olunub və onun təhsili xalqın gələcəyi kimi gördüyü xüsusi vurğulanıb.

F.Abdullayeva Ulu Öndərin fəaliyyəti dövründə təhsil işçilərinə, müəllimlərə və alimlərə qayğının artmasından, onların layiqincə qiymətləndirilməsindən də danışıb və fikirlərini Heydər Əliyevin müəllimlər və təhsil haqqında söylədiyi kəlamlara istinad edərək tamamlayıb.

Dəyirmi masanın sonunda Azərbaycan təhsili ilə bağlı iştirakçıların sualları cavablandırılıb, Heydər Əliyevin fəaliyyəti dövründə diqqət mərkəzində olan təhsil məsələlərinə indi də həssaslıqla yanaşılmasından, onun qoyduğu ənənələrin davamlılığından bəhs olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər