Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası iyunun 22-də Qurban bayramı ilə bağlı fətva verib.

tehsilmedia.info xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bayrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə iyunun 28-nə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq.

“Qurban bayramı Ülul-əzəm peyğəmbərimiz Həzrət İbrahimin (ə) əhdi və oğlu Həzrət İsmayılın (ə) dəyanəti ilə bəşər tarixində iz qoyan bir gündür. Bu müqəddəs bayram müsəlmanlar arasında ünsiyyəti, həmrəyliyi, yardımlaşmanı, qardaşlıq və dostluğu möhkəmləndirir. Tarix boyu müsəlmanlar “...Rəbbin üçün namaz qıl və qurban kəs!” (“Kövsər”, 2) ilahi əmrinə riayət edərək Qurban bayramını qeyd edirlər. Vəhdət əqidəsi altında insanları birləşdirən Qurban ibadətinin mahiyyəti barəsində Qurani-Kərimdə belə buyurulur: “Onların (kəsilən qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz (bununla Allahın razılığına nail ola bilməzsiniz). Allaha çatacaq olan yalnız sizin təqvanızdır (Allahın rizasını səmimi qəlbdən etdiyiniz ibadətlə və yaxşı əməllərlə əldə edə bilərsiniz)” (“əl-Həcc”, 37).

Qurban bayramına dair hökmlərə və şəriət qaydalarına əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Əziz qardaş və bacılar! Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların Allah-təala tərəfindən qəbul olduğu zamandır. Bu niyyətlə bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz, dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətlərinə Azərbaycan dindarlarının xeyir-dualarını çatdırır, bu mübarək günlərdə onlara və ailələrinə ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

Qafqaz Müsəlmanları İdarəsi və Qazılar Şurası müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını, Zəfər sevincimizdə payı olan şanlı Ordumuzun əsgər və zabitlərini təbrik edir, Allah, Vətən və Zəfər uğrunda canlarını qurban edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayır. Allah-Taala dövlətimizə qüdrət, xalqımıza əzəmət, süfrələrimizə bərəkət bəxş etsin! Dua və ibadətləriniz qəbul, Qurban bayramınız mübarək olsun!”, - deyə QMİ-nin fətvasında bildirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər