Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

ADAU rəhbərliyi Şamaxı və Ağsu rayonlarında istehsalat müəssisələrinə səfər edib - FOTO

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi və bir qrup əməkdaşı Şamaxı rayonunda olublar.

ADAU-dan "tehsilmedia.info"a ildirilib ki, nümayəndə heyəti Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Bildirilib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın "Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb.

Sonra ADAU rəhbərliyi ilə "Şirvan şərabları” MMC-nin rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub. Sonda ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanovla "Şirvan şərabları” MMC-nin baş direktoru Orxan Məlikov arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Şərabçılıq kompleksi ilə tanışlıqdan sonra Şamaxı Regional Kollecində olan ADAU rəhbərliyi kolleclə tanış olub, gələcəkdə birgə həyata keçirilə biləcək layihələrdən söz açıb.

Daha sonra Ağsuya yola düşən universitetin nümayəndə heyəti Ağsu rayonunda 14 hektar ərazini əhatə edən "AZGRANATA” Şirə və Şərab emalı zavodunda olublar.

Burada zavodun meyvə qəbulu, meyvə şirəsi emalı, tetra pak dolumu və qablaşdırılması, şüşə dolum və qablaşdırma, kompot istehsalı bölmələri ilə tanış olublar. Onlara məlumat verilib ki, 2011-ci ildə fəaliyyətə başlayan "AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içkilər istehsalçılarından biridir. Dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuş zavod konservanstız təbii meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.

Tanışlıqdan sonra "AZGRANATA” MMC-nin rəhbərliyi ilə görüşən ADAU rəhbərliyi birgə əməkdaşlıq məsələləri haqqında müzakirələr aparıb. Sonda "AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Ceyhun Bəxtiyarlı ilə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər