Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib

Gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 18 Aprel- Beynəlxalq Abidələr və Tarixi yerlər Gününə həsr olunmuş "Azərbaycanın memarlıq irsinin qorunması və istifadəsi problemləri” adlı gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransda universitetin memarlıq fakültəsinin professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak ediblər.

Konfrasın açılışında çıxış edən fakültənin dekanı professor Zahidə Məmmədova bildirib ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə bir vəziyyətdə ölkəmizdəki memarlıq abidələrinin qorunması bizim vətəndaşlıq borcumuzdur. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Daha sonra konfransda doktorant və dissertantlar təqdimatla çıxış ediblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı dissertant Fatma Səmədova "Gədəbəydən Qərbi Azərbaycana uzanan qalalar” adlı çıxışında Gədəbəy ərazisində yerləşən Koroğlu, Urud, Oxçu, Alagöz, Namərd qalalarıyla bağlı apardığı araşdırma və tədqiqat işlərindən bəhs edib.

Qrafik və media dizaynı kafedrasının dissertantı Firuzə Bədəlova "Tarixi mühitdə vizual kommunikasıyanın təkamülü” adlı çıxışında memarlıq mühitinin tərkib hissəsi olan və müasir zaman çərçivəsində vacib funksiya daşıyan məsələlərdən birinin iri şəhərlərdə informasiya vasitələrinin öyrənilməsi olduğunu, bu sahədə apardığı tədqiqatın nəticələrindən danışıb.

Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının doktorantı Nigar Abdullayeva "Heydər Əliyevin Azərbaycan memarlıq irsinin qorunmasında rolu” adlı çıxışında Ümummilli Liderin memarlıq irsinin qorunub saxlanmasına, bərpasına böyük önəm verdiyini vurğulayıb.

Konfransın sonunda məruzələrlə bağlı suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər