Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

BMU-nun rektoru İNHA Universitetində növbəti təlimə qatılacaq heyətlə görüşüb

BMU-nun rektoru İNHA Universitetində növbəti təlimə qatılacaq heyətlə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Koreya Respublikasının İNHA Universitetində növbəti təlim (10 iyul - 18 avqust) keçiriləcək.

tehsilmedia.info xəbər verir ki, təlimdə BMU-nun Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən 15 nəfərdən ibarət professor-müəllim heyəti iştirak edəcək. Bununla əlaqədar BMU-nun rektoru, professor Havar Məmmədov təlimə qatılacaq müəllimlərlə görüşüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan Havar Məmmədov təlimin BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) əsas komponentlərindən biri olduğunu deyib.

BMU-İNHA İDP çərçivəsində Rəhbər Komitənin həm Koreya, həm də Bakıda keçirilən iclaslarını xatırladaraq, orada müzakirə olunan məsələlərin nəticələrinə diqqət çəkən rektor ikili diplom proqramının beynəlxalq təcrübə əsasında mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnmiş, yüksək potensiallı, uğurlu mütəxəssis hazırlığına töhfə verdiyini bildirib.

Tədbirdə qeyd olunub ki, Koreyanın İnçon şəhərində baş tutacaq təlimin məqsədi beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etməkdir. Professor-müəllim heyətinin İNHA Universitetinin təcrübəli professorları vasitəsilə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməsi də təlimin əsas məqsədləri sırasında yer alıb.

Görüşün sonunda rektor təlimdə iştirak edəcək professor-müəllim heyətinə müvafiq tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Xatırladaq ki, ötən ilin 11 iyul - 19 avqust tarixlərində baş tutan 6 həftəlik ilk təlimdə BMU-da İnformasiya texnologiyaları ixtisası üzrə tədrisi həyata keçirən müəllimlər iştirak edib.

Oxşar xəbərlər

Bütün xəbərlər