Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Saxta diplomlu sektor müdiri Beyləqan təhsilini qara günə qoyub

Saxta diplomlu sektor müdiri Beyləqan təhsilini qara günə qoyub

Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov necə və hansı tələblərlə sektora təyin edilib?

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abbasov Elvin Sevdimalı oğlu Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Maraqlı məqam odur ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?
Bu qaranlıq qalan məqamları aydınlaşdırmazdan əvvəl Elvin Abbasovun arxivinə nəzər salaq.
Nəzərinizə çatdıraq ki, Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialından Elvin Abbasova saxta diplom alınıb. Bundan sonra isə o, Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, 2013-2014-cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılıb.
Ən maraqlısı isə, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi olub.
Halbuki, o bu nominasiyaya layiq deyildi.
Bu maxinasiya isə Tofiq Sadıqova və Vaqif Abdullayevə saxta diplomun verilməsi üçün 8 min manat, Elvin Abbasovun Beyləqan rayon 6 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə işəqəbulu üçün 3 min manat və müsabiqədə iştirakına görə 6 min manat və nəhayət, qalibin mükafatlandırıldığı 5 min manat da daxil olmaqla 22 min manat qazandırıb.
Belə ki, Elgün Həsənovun qanunsuz olaraq təhsil sahəsində fəaliyyəti rekord səviyyəyə çatıb.
Beyləqan rayonu təhsil sistemi baş verən qanun pozuntuları ilə gündəmdədir, rayonun sektor müdiri saxta diplomlu olduqdan sonra rayonun təhsilində inkişaf gözləmək nə dərəcədə düzgündür?

İnsanlar 4 il əziyyətlə universitet oxuyub bitirir, daha sonra magistr təhsili alıb iş tapmaqda çətinlik çəkir. Belə olduğu təqdirdə kimlərinsə əli ilə saxta diplomlu şəxslər təhsil ocaqlarında at oynadırlar. Çox maraqlıdır Elm və Təhsil Nazirliyi saxta diplomlara qarşı necə mübarizə aparır ki, belə özbaşınalıqların sayı azalmaq yerinə günü-gündən artır. Bu problemi Elm və Təhsil Nazirliyi də öz nəzarətinə götürə bilmirsə, bu işə hansı qurum baxmalıdır. Elm və Təhsil Nazirliyi bu qanunsuzluqlara və özbaşınalıqlara nə vaxta kimi göz yumacaq?

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər