Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

BANM-in daha bir məzunu 9 ölkənin 17 universitetinə qəbul olub

BANM-in daha bir məzunu 9 ölkənin 17 universitetinə qəbul olub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının builki məzunu Cavid İsayev 9 ölkənin 17 universitetindəki, 16 proqrama qəbul olub, bir neçə təqaüd qazanıb.

tehsilmedia.info xəbər verir ki, BANM-in məzunu ABŞ-nin Corciya Texnologiya İnstitutu, Böyük Britaniyanın London İmperial Kolleci, Mançester Universiteti, Finlandiyanın Aalto Universiteti, Oulu Universiteti, Lappeenranta Texnologiya Universiteti, Belçikanın Gent Universiteti, İsveçin KTH Kral Texnologiya İnstitutu, Fransanın Bordo Universiteti, Troyes Texnologiya Universiteti, Almaniyanın Darmştadt Texniki Universiteti, İtaliyanın Roma Sapienza Universiteti, Padua Universiteti, Bolonya Universiteti, Bari Aldo Moro Universiteti, Polşanın Yagellon Universiteti, Krakov Texnologiya Universitetindən müsbət cavab alıb.

BANM məzununun qazandığı təqaüdlər:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”: Gent Universiteti (Belçika), Ətraf mühit elmləri texnologiyası

AMIR (Qabaqcıl materiallar: Yenilikçi təkrar emal) Erasmus Mundus: Fransa, Almaniya; Ümumi təqaüd- 51 600 avro

BioRef (Biokütlə Emalı Zavodları) Erasmus Mundus: Fransa, Polşa, İtaliya; Ümumi təqaüd- 47 000 avro

Oulu Universiteti (Ətraf mühit mühəndisliyi): Finlandiya - Qismən maliyyələşdirmə

O, Fransanın Bordo Universiteti və Almaniyanın Darmştadt Texniki Universitetinin AMIR birgə proqramı ilə təhsil alacaq.

Cavid BANM-də təhsil aldığı müddətdə aktivliyi ilə seçilib. Onun kapitanı olduğu "Həkəri" komandası Bakıda keçirilən “Teknofest” yarışında iki fərqli müsabiqədə 3-cü yeri qazanıb. O, Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyası (EAGE) və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin keçirdiyi XXV Yubiley Beynəlxalq Tələbələrin və Gənc Tədqiqatçıların Konfransında 1-ci yerin, Hyuston Universiteti, Marietta Kolleci və “PioPetro”nun təşkilatçılığı ilə keçirilmiş “Yer, Enerji və Ətraf Mühit (E3) Tələbə Konfransında və Texniki Təqdimatlar müsabiqəsi”də 2-ci yerin qalibi olub. Həmçinin Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunmuş I Rəqəmsal İdeya müsabiqəsində kapitanı olduğu “Xudayar” komandası 1-ci yeri tutub.

Cavid Kimya mühəndisliyi üzrə “AzerGold” Tələbə təqaüdünün qaliblərindən biri, NASA İnsan Kəşfiyyatı Rover müsabiqəsində 2 il ardıcıl Azərbaycanı təmsil etmək hüququ qazanan BANM komandasının üzvü olub.

Oxşar xəbərlər

Bütün xəbərlər