Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Kukla Teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edir - FOTO

Kukla Teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edir - FOTO

Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyə Cümhuriyyətində keçiriləcək XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında iştirak edir.

tehsilmedia.info xəbər verir ki, teatrdan AZƏRTAC-a bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə təşkil olunan festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə türkdilli ölkələri bir araya gətirib.

Dekabrın 16-dək davam edəcək festivalda türkiyəli kukla və uşaq teatr təmsilçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan da kuklaçılar yer alıb.

Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və ona üzv olan ölkələrin nüfuzlu kukla teatrı mütəxəssislərinin də qatıldığı festival çərçivəsində yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Nüfuzlu teatr festivalında ölkəmizi təmsil edən Dövlət Kukla Teatrının yaradıcı heyəti türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirəcək.

Azərbaycan xalq nağılı əsasında hazırlanan səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır.

Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz ilə əlaqələndirməklə ona əlavələr edərək fərqli prizmadan baxmağa çalışıb.

Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da səhnə əsərinin quruluşçu əməkdaşları müasir uşaqlar üçün maraqlı olan elementləri də daxil etməyə çalışıblar.

Kukla Teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edir - FOTO

Kukla Teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edir - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər