Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

Rəsədxanada olimpiadaya hazırlıq düşərgəsi təşkil olunub

Rəsədxanada olimpiadaya hazırlıq düşərgəsi təşkil olunub

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında məktəblilər üçün hazırlıq düşərgəsi keçirilib.

tehsilmedia.info xəbər verir ki, düşərgədə Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər iştirak edib.

Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

İştirakçıları rəsədxanada ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qəbul edib. O, öncə olimpiada təmsilçilərimizi təbrik edərək beynəlxalq olimpiadalarda əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib. İştirakçılara rəsədxananın fəaliyyəti, əsas elmi istiqamətləri və perspektiv imkanları barədə geniş məlumat verən Namiq Cəlilov daha sonra məktəblilərin astronomiyaya yanaşmalarını, bu sahə ilə bağlı gələcək hədəflərini müəyyənləşdirmək üçün iştirakçılarla fərdi söhbət edib. Alim bu elmə maraq göstərən şagirdlərə hər zaman dəstək olacaqlarını xüsusi vurğulayıb.

Düşərgədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçilib. Həmçinin olimpiadanın keçən ilki mükafatçılarından, Sinqapurun Nanyanq Texnoloji Universitetinin tələbəsi Vaqif Əliyevlə bərabər olimpiada məsələlərinin həllinə baxılıb. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

Dərslərlə yanaşı düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər, həmçinin gecə müşahidələrində də iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq düşərgəsi Şamaxı Astrofizika Rəsədxanasının və Tusi-Bohm Planetariumun dəstəyi ilə təşkil edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər