Xəbər lentiwidget-title-icon

Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq

ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib

ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib

Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi Ülvi Bünyadzadənin anadan olmasının 54-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Universitetdən "tehsilmedia.info"a verilən məlumata görə, tədbir Ülvi Bünyadzadənin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Azərbaycan ordusunun uğurlu anti-terror əməliyyatı haqqında danışıb, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Tamam Cəfərova Ülvi Bünyadzadənin qəhrəmanlığından söz açıb, onun əbədiyyətə qovuşduğunu diqqətə çatdırıb:

“Onun ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan Ülvinin arzuladığı Azərbaycandır. Ordumuzun və xalqımızın cənab prezidentin ətrafında sıx birləşməsi sayəsində vətənimizin azadlığı uğrunda canlarından keçən Ülvi kimi oğullarımızın qisası həm Vətən müharibəsi, həm də yaxın tarixdə baş verən anti-terror əməliyyatı zamanı qələbəmizlə alınmışdır. Ülvinin və bütün şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.”

Ülvi Bünyadzadənin müəllimi, Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, professor Əsgər Zeynalov onun haqqında xatirələrindən danışıb. Bildirib ki, Ülvi 1990-cı ildə tariximizə yazılan 20 Yanvar gecəsində ölkəsinin azadlığı, xalqının dincliyi uğrunda şəhid olan gənclərdən bir idi. O, əlaçı tələbə olmaqla yanaşı, həm də vətənpərvər gənc idi.

Ülvi Bünyadzadənin tələbə yoldaşı Ruqiyyə Hüseynova onun haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Ülvi Bünyadzadənin bacısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə anım tədbiri üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib, qardaşı haqqında xatirələrini bölüşüb:

“Filosoflardan biri deyib ki, nə qədər insan kiminsə yadındadır, deməli o, sağdır. Bu gün Ülvinin 54 yaşı tamam olur. O mənim xatirimdə bu auditoriyalarda oturan tələbə kimi qalıb. Qardaşımın əziz xatirəsi üçün yaradılmış bu auditoriyada onun ruhu yaşayır. Ülvini unutmadığınız üçün sizə və universitet rəhbərliyinə minnətdaram.”

Daha sonra ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s... şeirlərin müəllifidir. Ölümündən sonra ona "20 Yanvar şəhidi" fəxri adı verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər