Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Botanika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnallarda çap olunub

Botanika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnallarda çap olunub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşlarının mühüm elmi nəticələrinin əks olunduğu məqalələr “Thomson Reuters”, “Web of Science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil olan tanınmış beynəlxalq jurnallarda nəşr edilib.

İnstitutdan "tehsilmedia.info"a bildirilib ki, cari ildə Etnobotanika şöbəsinin müdiri b.e.d, professor Səyyarə İbadullayeva və aparıcı elmi işçi b.ü.f.d., dosent Nuri Mövsümovanın Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının professorları, b.e.d. Emma Ağayeva, b.e.d. Nigar Ağayeva və başqalarının həmmüəllifi olduğu “Quşçuluqda bitki tərkibli immunostimulyatorların öyrənilməsinin effektivliyi” adlı məqalə “Elsevier” nəşriyyatının, “Thomson Reuters” bazasına daxil olan “Scholars Bulletin” jurnalında nəşr olunub. Məqalə bitki mənşəli (Tilia cordata Mill., Thymus kotschyanus Boiss və Hohen., Matricaria chamomilla L.) Imuneo və Hedalin preparatının ev quşlarının yoluxucu bronxitinə qarşı peyvənd olunmuş toyuqlarda immunitetin parametrlərinə təsirinin öyrənilməsi və immunostimulyator effektivliyinin qiymətləndirilməsindən bəhs edir.

Professor S.İbadullayeva və aparıcı elmi işçi Elman Yusifovun həmmüəllifi olduğu digər çap işi “Biodiversity Journal” da (“Web of Science”) nəşr olunan “Şahdağ Milli Parkının (Azərbaycan) xüsusi statuslu nadir və nəsli kəsilməkdə olan növləri” adlı məqalədir. Məqalədə Böyük Qafqazda Şahdağ Milli Parkının (Azərbaycan sərhədləri daxilində) bitki örtüyündə rast gəlinən endemik, relikt və nadir növlərin mövcud vəziyyətinin araşdırılması öz əksini tapıb.

Biologiya üzrə fəlsəfə doktoru Elvin Kərimli, biologiya elmləri doktorları Səyyarə İbadullayeva və Adilə Ələsgərovanın həmmüəllifliyi ilə “Azərbaycan Respublikasında yetişən Ferula persica (Apiaceae) köklərində Badrakemin və osthole” adlı məqaləsi yüksək impakt faktorlu “Растительные ресурсы” jurnalında dərc olunub. Aparılan araşdırmaların nəticəsinə əsasən Ferula L. cinsin dünyada 130, Qafqazda 10, Azərbaycanda isə 8 növünün yayıldığı müəyyən olunub. Cinsin Azərbaycanda yayılmış növlərindən biri də Ferula persica Wild. növüdür. Bu növün Azərbaycanda yayılma əraziləri Qobustan rayonu Cəngi, Ceyrankeçməz, Siyəzən rayonun Beşbarmaq, Abşeron rayonun Pirəkəşgül əraziləri müəyyən edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər