Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

"Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib - FOTO

"Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib - FOTO

Sentyabrın 29-da Dövlət Turizm Agentliyinin "Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.

Dövlət Turizm Agentliyindən "tehsilmedia.info"a bildirilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi, "CASA Baku" Kulinariya Məktəbi ilə birlikdə reallaşdırılan layihənin əsas məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir. Layihə çərçivəsində 2023-2024-cü tədris ili üçün xüsusi bacarıqları olan 20 tələbəyə peşə təhsili səviyyəsində bir il ərzində "Aşpazlıq" ixtisası üzrə "CASA Baku" Kulinariya məktəbinin mütəxəssisləri ilə yanaşı, digər yerli və xarici mütəxəssislər tərəfindən praktik və nəzəri dərslər keçiriləcək.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, "CASA Baku" Kulinariya Məktəbinin direktoru Kelvin Chong, tərəfdaş təşkilatların təmsilçiləri iştirak ediblər. Qeyd olunub ki, milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində Agentlik tərəfindən çoxistiqamətli işlər həyata keçirilir. Qastroturizmin inkişafı Azərbaycanın yalnız milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Bu baxımdan, dünya miqyaslı yerli və xarici baş aşpazların azərbaycanlı tələbələrə öz bilik və təcrübəsini bölüşməsi onların inkişafı naminə misilsiz xidmət olacaq.

Qeyd edək ki, pilot qrup üçün dərslər zəngin tədris təcrübəsinə və kulinariya sahəsində beynəlxalq statusa malik aşpazlar, həmçinin milli kulinariya üzrə mütəxəssislər tərəfindən keçiriləcək. Layihənin uğurlu keçəcəyi təqdirdə, bu proqramın aşpazlıq üzrə tədrisin təşkilinə nümunə olması və bütün ölkə üzrə tətbiqi planlaşdırılır.

Yeni yaradılmış qrup üzvləri üçün dərslərin təşkilində "CASA" Baku" Kulinariya məktəbinin maddi-texniki imkanlarından istifadə ediləcək. Bu qurum Azərbaycanda "Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi" tərəfindən akkreditasiya olunmuş yeganə təhsil müəssisəsidir. Məktəbin təhsil proqramları London İnstitutunun "City & Guilds" Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən akkreditə olunub ki, bu da məzunların təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da işlə təmin olunmasına şərait yaradır.

Tədbirdə pilot qrupun iştirakçılarına tələbə vəsiqələri paylanılıb. Sonra Kulinariya Mərkəzinin mətbəxində fakültənin müəllimləri tərəfindən tələbələrə ilk praktik və nəzəri dərslər keçirilib.

"Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər