Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

DİM sədri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 48-ci illik konfransında - FOTO

DİM sədri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 48-ci illik konfransında - FOTO

24-29 sentyabr tarixlərində Yamaykanın paytaxtı Kinqston şəhərində Karib İmtahan Şurasının (CXC®) təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və kvalifikasiyaların rəqəmsallaşdırılması” mövzusunda 48-ci illik konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri DİM-in fəaliyyəti ilə bağlı elmi işlərin təqdimatını ediblər.

Konfransda Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva tərəfindən “Azərbaycanda xarici dillər üzrə buraxılış imtahanının ümum-Avropa çərçivə sənədinə (CEFR) uyğunlaşdırılması”, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin sektor müdiri Elmir Şirinov və baş məsləhətçisi Sərxan Quliyev tərəfindən “Şagird-məzun” Dövlət Elektron İnformasiya Sisteminin ümumtəhsil müəssisələrinin məzunlarının yekun attestasiyası və təhsil sənədlərinin verilməsində rolu” və “Buraxılış və qəbul imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqları üzrə yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak edən mütəxəssislərin (markerlərin) fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatlar edilib.

Təqdimatlardan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb və Dövlət İmtahan Mərkəzinin təcrübəsi ilə yaxından tanış olmaq istəyən iştirakçılarla müzakirələr aparılıb. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin daha ətaflı tanıdılması məqsədilə konfrans zamanı iştirakçılara mərkəzin “Korporativ məlumat kitabçası” təqdim olunub.

Bundan əlavə, IAEA-nın hazırladığı “Təhsilin qiymətləndirilməsi ilə məşğul olan təşkilatlar üçün standartlar” əsasında 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin pilot layihə çərçivəsində özünüqiymətləndirmədə (həmçinin standartların təkmilləşdirilməsinə töhfənin verilməsində) iştirakı assosiasiyanın “Tanınma komitəsi” (IAEA Recognition Committee) tərəfindən yüksək qiymətləndirilib və bununla əlaqədar olaraq konfransın proqramında “Tanınma komitəsi”nin pilot layihə ilə bağlı ayrıca iclasında komitənin dəvəti üzrə DİM-in təcrübəsi təqdim olunub.

Qeyd edək ki, Karib İmtahan Şurası tərəfindən keçirilən builki konfrans zamanı aşağıdakı mövzular üzrə təqdimatlar edilib:

- Böyük miqyaslı qiymətləndirmələrdə yeni təcrübələr;

- Öyrənmə və qiymətləndirmədə sosial və emosional problemlər;

- Qiymətləndirmədə yaranan etik təcrübələr və dilemmalar;

- Tədqiqat və rəqəmsal qiymətləndirmənin gələcəyi;

- Kvalifikasiyaların rəqəmsallaşdırılması və onların qiymətləndirilməsi üçün təşkilati modellər;

- Kibertəhlükəsizlik, qiymətləndirmənin və kvalifikasiyanın dürüstlüyü;

- Kurikulum islahatları: öyrənmə və qiymətləndirmənin rəqəmsal transformasiyaları.

Konfransın spikerləri Böyük Britaniya, Amerika, Kanada, İsrail, Malayziya, Niderland, Nigeriya və digər ölkələri təmsil ediblər. IAEA-nın 48-ci illik konfransı haqqında geniş məlumatı keçiddən əldə etmək mümkündür: iaea2023.org

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə illik beynəlxalq konfranslar təşkil edir. IAEA haqqında ətraflı məlumat: https://iaea.info/

Dövlət İmtahan mərkəzi uzun illərdir biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı TQDK-nın təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. 2019-cu ildə isə DİM tərəfindən IAEA-nın 45-ci illik konfransı keçirilib və həmin tədbirdə 500-dən artıq xarici təşkilatın nümayəndəsi iştirak edib.

DİM sədri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 48-ci illik konfransında - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər