Xəbər lentiwidget-title-icon

Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur

BMU-da dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib - FOTOLAR

BMU-da dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib - FOTOLAR

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış azərbaycanlı alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Bakı Mühəndislik Universitetinin (BMU) müəllim-tələbə heyəti ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, qonağı təqdim edən BMU-nun rektoru Yaqub Piriyev professor Abdulla Sofiyevlə uzun illərə söykənən elmi əməkdaşlıq və dostluq münasibətlərindən bəhs edib. Rektor Azərbaycan elminin dünyada tanıdılmasında böyük əməyi olan alimin Stenford Universitetinin apardığı araşdırma nəticəsində dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edildiyini, eyni zamanda Research.com akademik platformasının tərtib etdiyi Ən Yaxşı Alimlər reytinq siyahısında yer aldığını bildirib. Abdulla Sofiyevin 300-dən artıq fundamental elmi məqaləsinin nüfuzlu jurnallarında işıq üzü gördüyünü, “Scopus”, “Web of science” kimi platformalarda yer alan məqalə və nəşr sayının 150-dən çox, elmi məhsuldarlığın elmmetrik göstəricisi olan H-İndeksinin 43 olduğunu deyən Yaqub Piriyev professorun elm sahəsinə verdiyi digər töhfə və nailiyyətləri nəzərə çatdırıb.

Sonra Abdulla Sofiyev onu böyük elmə aparan yolun başlanğıcı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb. Elmi fəaliyyətinin ən məhsuldar dövrünün məhz 2002-2014-cü illərə təsadüf etdiyini deyən alim bu dövrdə dünyanın ən nüfuzlu jurnallarında elmi məqalələrinin cap olunduğunu, elmi araşdırmalarının nəticələrinə görə çoxsaylı mükafatlara layiq görüldüyünü və s. qeyd edib. Hazırkı fəaliyyətindən də söz açan professor fundamental araşdırmaları davam etdirdiyini, Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlar çərçivəsində bu araşdırmaların rolu, eyni zamanda sözügedən texnoloji inqilabın qlobal iqtisadiyyata təsiri ilə bağlı fikirlərini paylaşıb.

BMU-da dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib - FOTOLAR
BMU-da dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib - FOTOLAR
BMU-da dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib - FOTOLAR
BMU-da dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər