Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib - FOTO

BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri, müasir seçim nəzəriyyəsinin yaradıcılarından biri, texnika elmləri doktoru, professor Fuad Ələsgərovla görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, elm adamları ilə bu qəbildən olan görüşlərin ümumilikdə təhsil və tədris prosesinə müsbət təsirindən söz açan rektor Yaqub Piriyev qonağı təqdim edərək Fuad Ələsgərovun elmi fəaliyyəti ilə bağlı bir çox nüansları və faktları diqqətə çatdırıb. Rektor bildirib ki, Bakıda anadan olan Fuad Ələsgərov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Həmyerlimiz 1975-ci ildən Rusiya Elmlər Akademiyasının A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda müxtəlif vəzifələrdə işləyib. Fuad Ələsgərovun elmi fəaliyyəti barədə geniş məlumat verən rektor, alimin 2003-cü ildən Moskvada Ali İqtisadiyyat Məktəbində kafedra müdiri və professor (Tenured Professor), 2019-cu ildən ömürlük professor (Distinguished Professor) seçildiyini qeyd edib.

Yaqub Piriyev onu da vurğulayıb ki, Avropa və ABŞ-ın bir çox nüfuzlu universitetlərində dəvətli professor kimi işləyən, elmi məqalələri “Springer”, “Elsevier” kimi nəşriyyatlarda dərc olunan, iyirmidən çox nüfuzlu elmi jurnalın redaksiya heyətinin üzvü olan Fuad Ələsgərov hazırda da elmi ictimaiyyət üçün aktuallıq daşıyan mövzuların tədqiqi ilə məşğulddur.

Sonra BMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə Fuad Ələsgərov Network Analysis under Deep Uncertainty (Dərin qeyri-müəyyənlikdə şəbəkə analizi (ərzaq təhlükəsizliyi, neft ticarəti və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün hazırlanan riyazi model)) mövzusunda seminar verib.

Auditoriyanın suallarını cavablandıran professor yüksək ixtisaslı elmi kadrların hazırlanmasına yardımçı olmaq istəyini qeyd edərək, tələbələrə öz tövsiyələrini verib.

Sonda rektor Yaqub Piriyev azərbaycanlı alimlə baş tutan ilk görüşün birgə əməkdaşlığın başlanğıcı olacağına inandığını önə çəkərək, universitet əməkdaşlarının və tələbələrinin professorun apardığı elmi tədqiqatların nəticələrindən yararlanacağını vurğulayıb. Nüfuzlu alimin universitetdə birgə elmi layihələrə cəlbinin önəmini diqqətə çatdıran rektor maraqlı və aktual mövzu ilə bağlı mühazirəsinə görə Fuad Ələsgərova təşəkkürünü ifadə edib.

BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib - FOTO
BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib - FOTO
BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib - FOTO
BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər