Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub - FOTO

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub - FOTO

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan məlumat verilib.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq ilk növbədə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İsmayıl Hacıyev bildirib ki, aprel ayının 28-də görkəmli alim, tanınmış oftalmoloq, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamını diqqətə çatdıran bölmə sədri yüksək insani keyfiyyətlərə malik alimin tibb elminin inkişafına bəxş etdiyi töhfələrdən danışıb.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva "Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti” adlı məruzəsini təqdim edib.

"Zərifə xanım Əliyeva Azərbaycan elminin görkəmli nümayəndəsi, tibb tarixinə adını qızıl hərflərlə yazdırmış peşəkar həkim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, nümunəvi pedaqoq, istedadlı natiq, sahib olduğu mənəvi keyfiyyətləri ilə əsl Azərbaycan xanımının real təcəssümü olmuşdur”, - söyləyən məruzəçi akademikin mənalı ömür yolu, tibb sahəsindəki uğurlu fəaliyyəti və elmi yaradıcılığı barədə müfəssəl məlumat verib.

Vurğulanıb ki, Zərifə xanım sadəliyi, nəcibliyi və səmimiyyəti ilə hər kəsin sevgisini qazanmış, həyatını, sözün əsl mənasında, xalqın işıqlı sabahına həsr etmişdir. İnsan sağlamlığının keşiyində dayanmağı özü üçün həyat amalı müəyyənləşdirən alimin həmin dövrdə ölkə əhalisi arasında geniş yayılmış traxoma xəstəliyinin müalicəsində, bu istiqamətdə profilaktik tədbirlərin təşkilində müstəsna xidmətləri olmuşdur. Bu xəstəlikdən xilas olmağın yeganə yolunu əsaslı tədqiqatların aparılmasında görən alim apardığı dəqiq və uğurlu araşdırmalar nəticəsində yeni müalicə metodu təklif edərək sözügedən xəstəliyin tamamilə müalicəsinə nail olmuşdur. Həyatı boyu amalına sadiq qalan Zərifə xanım elmi fəaliyyətini müvəffəqiyyətlə davam etdirmiş, 12 monoqrafiya, dərslik, dərs vəsaiti, 150-yə yaxın elmi məqalə, ixtira və səmərələşdirici təkliflərin müəllifi olmuşdur. O, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax mükafatına layiq görülmüş ilk qadın alimdir.

Məruzəçi bidirib ki, Zərifə Əliyeva öz sahəsi üzrə neçə-neçə həkim və alimin yetişməsinə, oftalmologiya elminin yeni kadr və biliklərlə zənginləşməsinə töhfələr vermişdir.

Zərifə xanımın Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olduğunu xatırladan Nuray Əliyeva bildirib ki, o, bu məsuliyyətli vəzifəni qürur və bacarıqla daşımış, nümunəvi qadın, qayğıkeş ana kimi qəlbləri fəth etmişdir. Məruzəçi fikirlərini Ümummilli Lider Heydər Əliyevdən sitatlar gətirərək əsaslandırıb.

Məruzədən sonra iclasın gündəliyinə çıxarılan digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər