Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

DİM Ulu Öndərlə görüşmüş Prezident təqaüdçülərindən alınan müsahibələr əsasında kitab nəşr edib

DİM Ulu Öndərlə görüşmüş Prezident təqaüdçülərindən alınan müsahibələr əsasında kitab nəşr edib

Dövlət İmtahan Mərkəzi 2001 və 2002-ci illərdə Ulu Öndərlə görüşmüş Prezident təqaüdçülərindən alınan müsahibələr əsasında kitab nəşr edib.

tehsilmedia.info xəbər verir ki, “İlk Prezident təqaüdçüləri” adlı kitab Ulu Öndər Heydər Əliyevin qiymətli kəlamları ilə açılır: “Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilik nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır”.

Kitaba Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən “Ön söz” yazılıb. Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin hər il ali məktəblərə yüksək balla qəbul olan gənclərlə görüşdüyünü qeyd edərək yazır: “Ulu Öndər yüksək nəticələrinə görə tələbləri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı. Dövlət İmtahan Mərkəzi 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş və həmin görüşlərdə iştirak edən şəxslərin əksəriyyəti ilə ünsiyyət saxlayıb, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini, Prezident təqaüdünün onların karyera yüksəlişində əhəmiyyətini, uğur hekayələrini, gənclərə, o cümlədən tələbələrə, şagirdlərə arzu və tövsiyələrini videomüsahibə şəklində təqdim edib”.

Qeyd edək ki, DİM tərəfindən hazırlanmış vəsait ictimaiyyətə həmin görüntülərdəki məlumatların xülasəsini təqdim edir. Oxucu hər bir layihə iştirakçısına aid səhifədə təqdim olunmuş “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla videomüsahibələrə də baxa bilər.

DİM-in bu layihəni həyata keçirməkdə əsas məqsədlərindən biri də şagirdlərə, gələcək abituriyentlərə qabaqcıl təcrübə nümunələri və örnəklərini göstərmək, bilik yarışının öncüllərinin nailiyyətlərini onlara nümunə olaraq təqdim etməkdir.

Sevindirici haldır ki, ilk Prezident təqaüdçülərinin son 20 il ərzində əldə etdikləri nailiyyətlərə və karyeralarına baxdıqda hər birinin ölkəmizdə, həmçinin dünya əmək bazarında layiqli yer tutduğunun şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində irəli sürdüyü “Qara qızılı insan kapitalına çevirmək” prinsipinə uyğun olaraq ölkəmizdə kadr potensialının inkişafı istiqamətində görülmüş məqsədyönlü işlər öz hədəfinə çatıb.

Oxşar xəbərlər

Bütün xəbərlər