Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

“Zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi noyabrın 1-dən 24-dək aktiv olacaq

“Zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi noyabrın 1-dən 24-dək aktiv olacaq

“Zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi ilə işləyəcək əlaqələndiricilər üçün treninq keçirilib.

Dövlət İmtahan Mərkəzindən "tehsilmedia.info" a bildirilib ki, treninqdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və DİM-in regional bölmə mərkəzlərinin məsul şəxsləri iştirak edib. Treninqlərin regional bölmə mərkəzlərinin məsul şəxsləri tərəfindən həmin mərkəzlərə daxil olan rayonların əlaqələndirciləri üçün də keçirilməsi nəzərdə tutulur.

Əlaqələndiricilərə cari ildə zal nəzarətçilərinin imtahanlara cəlb edilməsi və imtahanlarda iştirakının təşkili, zal nəzarətçilərinin fəaliyyətinin təhlili ilə bağlı yekun nəticələr və zal nəzarətçiləri bazasının müxtəlif parametrlərə görə tərkibi kimi məlumatlar təqdim edilib, “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, bazaya daxil edilmiş zal nəzarətçilərinin şəxsi və digər zəruri (təhsil səviyyəsi, ixtisası və təhsillə bağlı digər informasiyalar, sosial sığorta və bank rekvizitləri haqqında məlumatlar və s.) məlumatlarının daxil edilməsi və dəqiqləşdirilməsi, yeni nəzarətçilərin qeydiyyatının aparılması və əmək müqavilələrinin bağlanılması qaydaları barədə ətraflı məlumat verilib.

Bu sistem zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və prosesin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici “Şəxsi kabineti”nin istifadəçi adı və şifri ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.

Nəzarətçilərin elektron qeydiyyatı sistemində zal nəzarətçilərinə “Şəxsi kabinet”lərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı da yaradılıb.

Qeyd edək ki, 2023-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulmuş nəzarətçilər bazası təlimlər yekunlaşdıqdan sonra 15232 nəfərdən ibarət olub. Ümumilikdə zal nəzarətçiləri bazasında respublika üzrə bütün rayonları əhatə etməklə 2215 orta təhsil müəssisəsinin, 26-sı AMEA-nın institutları olmaqla 34 təhsil müəssisəsinin və müxtəlif dövlət təşkilatlarının əməkdaşları təmsil olunur. Bunların 2703 nəfəri zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 17,8 faizi).

“Zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi noyabrın 1-dən 24-dək aktiv olacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər